Icma.az
close
up
RU
Bina evlərində gizlənən təhlükəsizlik boşluqları Yaşadığımız evlər bizi niyə qorumur?

Bina evlərində gizlənən təhlükəsizlik boşluqları Yaşadığımız evlər bizi niyə qorumur?

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda sürətlə artan şəhərsalma, çoxmərtəbəli yaşayış binalarının sayı və yeni yaşayış komplekslərinin inkişafı ilk baxışda müasirlik göstəricisi kimi görünür. Lakin parıltılı fasadların arxasında gizlənən təhlükəsizlik boşluqları narahatedici həddə çatıb. Təəssüf ki, ölkədə bina evlərinin əksəriyyəti sakinləri qorumağa deyil, yalnız satılmağa hesablanıb.

Ən ciddi problem yanğın təhlükəsizliyidir. Bəzi binalarda yanğın siqnalizasiya sistemi ya ümumiyyətlə yoxdur, ya da dekor üçün quraşdırılıb və fəaliyyət göstərmir. Fövqəladə hallarda istifadə olunmalı olan havalandırma şaxtaları bağlanır, ehtiyat çıxış qapıları isə ya kilidli, ya da mebel anbarına çevrilmiş vəziyyətdə olur. İnsan həyatı üçün nəzərdə tutulan sistemlərin biznes məqsədilə zəbt edilməsi, ən yaxşı halda məsuliyyətsizlik, ən pis halda hüquqi cinayətdir.

Digər problem liftlərin texniki baxımıdır. Yeni istifadəyə verilən binalarda belə liftlərin qəfil dayanması, alışması, təmir müddətinin həddən artıq uzadılması adi xəbər kimi qarşılanır. Çünki liftlərin çoxu beynəlxalq standartlara uyğun deyil, mütəmadi sertifikatlaşdırılmır və yalnız şikayət olanda diqqətə alınır. Sakinlər hər gün talelərini şansa buraxaraq yuxarı mərtəbələrə qalxırlar.

Həyət planlaşdırılması da təhlükə mənbəyidir. Maşın dayanacaqları uşaqların oyun meydançaları ilə birləşib, avtomobillərin sürətlə hərəkəti balacalar üçün real risk yaradır. Müşahidə kameraları bəzən formal xarakter daşıyır, görüntü keyfi¬yyətsizdir, qeydiyyat sistemi yoxdur, mühafizə işçiləri peşəkar deyil. Belə olanda təhlükəsizlik yalnız illüziyaya çevrilir.

Tikinti şirkətləri mənzilləri reklam çarxlarında lüks kimi təqdim edir, lakin təhlükəsizliklə bağlı məlumat vermir. Dövlət yoxlamaları isə çox vaxt kağız üzərində aparılır, real monitorinq yalnız faciələrdən sonra baş tutur.

Halbuki təhlükəsizlik lüks deyil, insanın təməl hüququdur. Bina yalnız dörd divar deyil, həyatımızın mərkəzidir. Uşaqlarımız orada böyüyür, yaşlılarımız orada nəfəs alır, ailələrimiz orada yaşayır. Bu məkanda təhlükəsizlik təsadüfə deyil, qaydaya çevrilməlidir.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Noyabr 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri