Icma.az
close
up
RU
İnzibati xəta tərkibinə daxil ediləcək hallar elə olmalıdır ki, cəmiyyətin əksəriyyəti tərəfindən qəbul olunmasın

İnzibati xəta tərkibinə daxil ediləcək hallar elə olmalıdır ki, cəmiyyətin əksəriyyəti tərəfindən qəbul olunmasın

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Cəmiyyətə açıq hörmətsizlik göstərən, lakin zorakılıq və ya əmlaka ziyan vurmaqla müşayiət olunmayan hərəkətlər xırda xuliqanlıq hesab ediləcək və buna görə inzibati cərimə və ya həbs tətbiq olunacaq. Milli Məclisin müvafiq komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsinə bu barədə dəyişikliklər müzakirə olunub. Layihəyə əsasən, belə hallarda 50-100 manat cərimə və ya 15 günədək inzibati həbs nəzərdə tutulur. Əgər bu cür hərəkətlər internetdə və ya informasiya şəbəkələrində kütləvi şəkildə yayımlanaraq ictimai mənəviyyata zidd və cəmiyyətə hörmətsizlik ifadə edirsə, beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək manat və ya 30 günədək inzibati həbs tətbiq edilə bilər. Bu xətanı bir il ərzində təkrar edənlərə isə 1000-2000 manat cərimə və ya 1-2 ay müddətinə inzibati həbs cəzası verilə bilər. Bu tədbirlər yalnız cinayət məsuliyyəti yaratmayan hallarda tətbiq olunacaq. Sosial şəbəkələrdə qeyri-etik və cəmiyyətə qarşı hörmətsiz paylaşımların artması, xüsusilə gənclərə mənfi təsiri və milli-mənəvi dəyərlərin aşınması bu dəyişikliklərin zəruriliyini gündəmə gətirib. Sosial şəbəkələrin iş prinsipi bu cür paylaşımların sürətlə yayılmasına səbəb olur və ictimai mənəviyyata ciddi zərər vurur. Bu səbəbdən, mövcud qanunvericiliyin təkmilləşdirilməsi və internetdə məsuliyyət mexanizmlərinin gücləndirilməsi məqsədilə yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yaranıb.Cərimə və həbs tətbiqi ictimai mənəviyyətin qorunmasında effektiv ola bilərmi?İnzibati həbsin sosial şəbəkələrdə ifadə azadlığına təsiri necə qiymətləndirilir?

Məsələ ilə bağlı vəkil Əkrəm Həsənov Bizimyol.info xəbər portalına bildirib ki, hər kəs mənəviyyat anlayışını fərqli şəkildə başa düşə bilər.

Əkrəm Həsənov

“Bütövlükdə mən bunu müsbət qiymətləndirirəm. Kiminsə çıxıb sosial şəbəkələrdə cəmiyyəti təhqir etməsi - yəni mənəviyyata toxunan sözləri və hərəkətləri etməməlidirlər. Burda əsas odur ki, söz azadlığı məhdudlaşdırılmamalıdır. Burda bir ekspertiza olmalıdır, təşəkkül tapmış bir praktika olmalıdır. Çünki hər kəs mənəviyyat anlayışını fərqli şəkildə başa düşə bilər. İnzibati xəta tərkibinə daxil ediləcək hallar elə olmalıdır ki, cəmiyyətin əksəriyyəti tərəfindən qəbul olunmasın.

Milli dəyərlərə, mentalitetə zidd olan söyüşlər, təhqiramiz ifadələr bura aid edilə bilər. Ancaq bunlar söz azadlığına zidd olmamalıdır. Xarici təcrübəyə istinad etmək də çətindir, çünki hər xalqın öz milli dəyərləri var. Bir ölkədə müəyyən ifadələr təhqir sayılmırsa, bu, bizim cəmiyyət üçün tam əks nəticə doğura bilər. Ona görə bu cür hallara çox ehtiyatla yanaşmaq lazımdır. Maddələr mövcud olmalıdır, lakin hər yerdə və hər halda tətbiq edilməməlidir. Bu maddələr qanunvericilikdə ola bilər, amma qeyd etdiyim kimi, onları yeri gəldi-gəlmədi tətbiq etmək olmaz. Cəza yalnız doğrudan da ictimai mənəviyyata ciddi zərər vuran hallara şamil edilməlidir. Əgər biri sosial şəbəkələrdə xalqı, onun müəyyən hissəsini və ya bir regionu açıq şəkildə təhqir edir, nalayiq ifadələr və söyüş işlədir - bu, cəzalandırıla bilər. Amma başqa biri çıxıb deyirsə ki, “xalq qorxaqdır, yaltaqdır”, bu da artıq onun şəxsi fikridir. Bu cür ifadələr ictimai mənəviyyata ziyan vurmur, çünki burada konkret təhqir və ya nalayiqlik yoxdur. Bu, artıq həmin şəxsin öz dünya görüşünə görə insaları qiymətləndirməyidir. Belə hallarda insanı cəzalandırmaq söz azadlığının məhdudlaşdırılması deməkdir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Noyabr 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri