Icma.az
close
up
RU
Ölmüş adamın feysbukundan görüntülü zəng gəlsə, qorxmayın AÇIQLAMA

Ölmüş adamın feysbukundan görüntülü zəng gəlsə, qorxmayın AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Meta" vəfat etmiş istifadəçilərin sosial şəbəkə hesablarını aktiv saxlamağa imkan verən süni intellekt texnologiyası üçün patent alıb. Bu texnologiya ölən şəxsin əvvəlki davranışlarını, yazı tərzini və ünsiyyət formasını simulyasiya edərək paylaşım etməyə, mesaj göndərməyə, hətta görüntülü danışıq aparmağa imkan yarada bilər. Yeni yanaşma sosial şəbəkələrdə “rəqəmsal həyatın” ölümündən sonra da davam etməsi ilə bağlı ciddi etik və psixoloji müzakirələrə yol açıb.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən İT mütəxəssisi Elvin Abbasov deyib ki, “Meta”nın vəfat etmiş şəxslərin rəqəmsal əkizini yaratmağı hədəfləyən texnologiyası, insanın illərlə sosial şəbəkələrdə buraxdığı nəhəng rəqəmsal izin, yəni şəxsi mesajların, statusların, səs qeydlərinin və videoların süni intellekt tərəfindən dərindən analiz edilməsinə əsaslanır:
“Sistem istifadəçinin cümlə quruluşunu, tez-tez istifadə etdiyi ifadələri, səs tonunu və üz mimikalarını öyrənərək, onun linqvistik və vizual profilini simulyasiya edir. Bu texniki baza süni intellektə imkan verir ki, şəxs vəfat etdikdən sonra da onun adından real vaxt rejimində yeni və məntiqli kontentlər yaratsın. Hətta yaxınları ilə görüntülü danışıqlar apararaq onların suallarına həmin şəxsə məxsus tərzdə cavab versin”.
O bildirib ki, bu texnologiyanın gələcəkdə kiber dələduzluq və genişmiqyaslı manipulyasiya üçün istifadə olunma riski olduqca yüksəkdir:
“Dələduzlar vəfat etmiş bir insanın səsini və ya obrazını "deepfake" vasitəsilə canlandıraraq, yas içində olan ailə üzvlərindən pul tələb edə və ya onları emosional cəhətdən şantaj edərək həssas məlumatları ələ keçirə bilərlər. Bundan əlavə, tanınmış şəxslərin ölümündən sonra onların virtual surətlərindən siyasi təbliğat və ya saxta vəsiyyətnamələrin təsdiqi kimi hüquqi saxtakarlıqlar üçün istifadə edilməsi cəmiyyətdə ciddi etimad böhranı yarada bilər. Belə bir sistemin mövcudluğu, rəqəmsal kimliyin ölümündən sonra kim tərəfindən və hansı etik normalar çərçivəsində idarə olunacağı ilə bağlı mürəkkəb hüquqi boşluqları da gündəmə gətirir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Fevral 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri