Ölmüş şəxslərin ruhu insanı tuta, əzab verə bilərmi? Dinşünasdan AÇIQLAMA
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son zamanlar insanlar arasında “ruh tutması” ilə bağlı xəbərlər müzakirə mövzusuna çevrilib. Belə ki, kiminsə halı pisləşəndə müalicə ilə belə özünü yaxşı hiss etmirsə, deyirlər ki, ruh tutub, Quran açdır. İlahidən “vergi verilmiş” bir nəfər Quran açanda bilir ki, həmin adamı kimin ruhu tutub və ondan nəsə tələb edir. İstəklər Yasin, halva, aş və s. ola bilir.
Maraqlıdır, bunun dini bir əsası varmı? Ümumiyyətlə, ruh bir insanı tuta, ona narahatlıq, əzab verə bilərmi?
Mövzu il bağlı Sfera.az-a açıqlama verən dinşünas Elşad Miri bildirib ki, “Quran açılması”, “ruh tutması” və “vergi verilməsi” boş şeylərdir, İslamda belə anlayışlar yoxdur.
Onun sözlərinə görə, bu, şarlatanların uydurduqları və insanları aldatdıqları yanlışlardır.
E.Miri qeyd edib ki, peyğəmbərlərə belə vergi verilmir:
“Peyğəmbərlər onlara verilən nəbiliyə görə etdiklərinə cavabdehlik daşıyırlar. Buna qarşı da məsuliyyətli olmalıdırlar. Quranda bildirildiyi kimi, buna görə cavab verəcəklər”.
Firuzə Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 Yanvar 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















