Ölmüş şəxsin varisindən icarəyə torpaq götürənlərin diqqətinə: Sığorta zamanı ziyana düşə bilərsiniz
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qax və Zaqatalada fermerlər qeyri-sabit hava şəraiti, o cümlədən əkin sahələrinin subasmaya məruz qalması səbəbindən ziyana düşdüklərini bildirirlər.
Fermerlərdən kimisi məhsulunu necə sığorta etdirəcəyindən xəbərsizdir, kimisi isə bu proses haqqında məlumatlı olsa da, tam yararlana bilmir.
Qax rayonu Əmircan kəndinin sakini İrfan Süleymanov deyir ki, 38 hektar ərazidə əkin aparsa da, sığorta hadisəsi zamanı onun cəmi 8 hektarı üzrə ödəniş verilib. Aqrar Sığorta Fondundan isə deyilənlə razılaşmırlar.
Qurumun İdarə Heyətinin sədri Fuad Sadıqov bölgələrdə əkin sahələrinin sığortalanmasının vacibliyi ilə bağlı maarifləndirmə tədbirlərinin davam etdiyini bildirir.
"Fermerlər bəzən şifahi razılaşma əsasında kimlərdənsə icarəyə torpaq götürürlər. Sığorta hadisəsinin tənzimlənməsi zamanı isə müəyyən edilir ki, torpaq rəhmətə gedən şəxsin vərəsəsi tərəfindən icarəyə verilib. Ona görə də ziyanla bağlı ödənişinin edilməsində problem yaranır", - deyə o əlavə edib.
Ətraflı Baku TV-nin süjetində:
Ölmüş şəxsin varisindən icarəyə torpaq götürənlərin diqqətinə: Sığorta zamanı ziyana düşə bilərsiniz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 06 İyun 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















