Icma.az
close
up
RU
Ölüm ölənlərə bir sakit ada...

Ölüm ölənlərə bir sakit ada...

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dərdlərin də gözəli, çirkini olur. Dərdin gözəli insanı şükr etməyə, onunla barışmağa çağırır. İnsanaçətinliklərə sinə gərməyi öyrədir, onu paklaşdırır. Dərd də var ki, çirkindir, insanın rahatlığını əlindən alır, qəlbini göynədir, həyat nizamını pozur, onusarsıdır. Və bütün dərdlərin də, bir təsəllisi var- Şükür Yaradnın məsləhətinə!..

Bu qəddar, amansız, fani dünyadan,

Köçənlər qovuşur Haqqa, nə dərdi?

Ölüm- ölənlərə bir sakit ada,

Ölüm- qalanlara ən ağır dərddir...

Bəli, bu dəfə sizə bir vaxtlar AMEA Əlyazmalar İnstitutunda təsəvvüf ədəbiyyatını araşdıran, artıq bir neçə aydır ki, haqqa qovuşan Nəzakət Məmmədlidəndanışmaq istəyirəm...

Rəfiqəsi, filologiya üzrə fəlsəfə doktoru, Səadət Şıxıyeva onun haqqında yazır: “Təsəvvüf ədəbiyyatının, orta çağ bəlağət elminin tədqiqatçısı və təbliğatçısı Nəzakət xanımın qəfil vəfatı nəinki onu yaxından, hətta uzaqdan tanıyan hər kəsin qəlbini göynətdi, içdən sızlatdı. Kim idi Nəzakət Məmmədli? Bu suala dolğun cavab vermək üçün gərək məqalələr toplusu, xatirələr kitabı yazıla. Yoxsa ki, kiçik bir yazıda bir elm fədaisinin, bir bədii söz sərrafının gerçək portretini yaratmaq olduqca çətindir. Rəsmi təqdimatlara baxılarsa, Nəzakət Məmmədli AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda baş elmi işçisi, filologiya elmləri doktoru, dosent, Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun direktoru idi. İlk baxışda o, həmin vəzifələrdə işləyən onlarla elmi əməkdaşdan biri kimi görünəcək. Amma Nəzakət xanımı bu rəsmi adları daşıyan digərlərindən - onlarla baş elmi işçi, filologiya elmləri doktoru, dosent, direktor və s.-dən fərqləndirən bir özəlliyi vardı ki, bu da onun elmi fəaliyyətinə təkcə əqli-məntiqi imkanları ilə deyil, ruhi-hissi varlığı ilə də bir rəng qata bilməsi idi. O, tədqiq etdiyi mətni öncə ruh gözüylə görüb daha sonra məntiqi ilə dəyərləndirərək təqdim etməyi bacardığından özünün fərdi və fərqli üslubunu formalaşdıra bilmişdi...”

Güclü xarakteri vardı. Milli dəyərlərə, adət-ənənələrimizə bağlı xanım idi. Mehriban rəftarı, mədəni davranışı ilə seçilirdi. Əliaçıq və səxavətliydi. Öz işini çox sevirdi. Çalışmaqdan zövq alırdı...

Deyirdi ki:- “Nizamini təsəvvüf baxımından təhlil etmək üçün ilk növbədə onun əsərlərini orijinaldan oxumaq, təsəvvüfi terminologiyaya, simvol və məcazlara bələd olmaq, digər sufi şairlərin əsərləri ilə tanış olmaq lazımdır. Nizaminin "Xosrov və Şirin" əsəri ilə ən çox üstə-üstə düşən məqamların müşahidə edildiyi əsər Əttarın "Xosrovnamə" məsnəvisidir. Əttar bu əsərin əvvəlində bir dostunun xahişi ilə özünə xas olan tərzdə, yəni aşiqanə dastan, mənzum roman şəklində əsər yazdığını qeyd edir. Əttarın "Xosrovnamə"sini bəzən, onun təsəvvüfi olmayan yeganə əsəri kimi qiymətləndirsələr də, əslində bu əsər də təsəvvüfi məzmundadır. Lakin bu mənzum eşq dastanında təsəvvüf, Əttarın digər əsərlərində olduğu kimi qabarıq şəkildə görünmür, Nizaminin əsərlərindəki kimi, daha dərin qatlarda, daha gizli və simvolik şəkildə ifadə edilir. Nizami, Makedoniyalı İskəndəri "Allah və peyğəmbər" dinini yayan, təbliğ edən bir şəxs kimi verməklə, eləcə də Xosrovun yuxuda Həzrət Məhəmmədi görərək islamı qəbul etməsini təsvir etməklə dövrünün təsəvvüfi görüşlərinə uyğun olaraq Nuri-Məhəmmədiyyə və Həqiqəti-Məhəmmədiyyə ideyalarını təsdiqləmiş olur...”

Səadət Şıxıyeva daha sonra yazır: “Nəzakət Məmmədli Azərbaycandan başqa bir çox ölkələrdə- Türkiyə, İran, Yaponiya, Hindistan, Kıbrıs, Rusiya, Özbəkistan, Qazaxıstan və s. təşkil olunan konfranslarda erudisiyası, elmi hazırlığı, gözəl nitqi, fitrətində olan yapışıq və nəzakəti ilə Azərbaycanı ləyaqətlə təmsil edirdi, həm özünə, həm də ölkəmizə çox sayda dostlar qazandırmışdı. Olduğu ölkələrdə türk, fars. ingilis və rus dillərində təqdim etdiyi çıxışlarının mətnini hər zəhmətə qatlaşaraq özü hazırlayar, gözəl qiraətlə oxuduğu şeir haşiyələri ilə elmi çıxışlarına canlılıq qatmağı və cazibə verməyi bacarırdı. Nəzakət xanım illərdən bəri üzərində işlədiyi, vaxtsız yetişən əcəlin natamam qoyduğu əsərləri də var: Mir Həmzə Seyid Nigarinin farsca divanı və "Həştbehiştnamə"sinın tərcüməsi, Mövlananın "Məsnəvi"sinin farscadan tərcüməsi,Fəridəddin Əttarın farsca "Pəndnamə"sini eyniadlı əsərlərlə müqayisə etdiyi monoqrafiya və s..”

Nəzakət xanım 25 dekabr 1971-ci ildə Sabirabad rayonunda anadan olmuşdu. 1989-cu ildə orta məktəbi medalla, 1994-cü ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. Elə həmin il də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdu. 2002-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsində elmi işçi kimi işə başlamışdı. 2010-cu ildən böyük elmi işçi, 2012-ci ildən isə aparıcı elmi işçi vəzifəsində çalışırdı. 2000-ci ildə "Füzulinin "Leyli və Məcnun" əsərində təsəvvüf və onun bədii ifadə sistemi" mövzusunda namizədlik, 2023-cü ildə "Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdi...

"Sufilərə görə, Əqli-Küll bir nurdur ki, buna "Nuri-Məhəmmədiyyə" deyirlər. "Həqiqəti-Məhəmmədiyyə" bütün kamal sifətlərinin cəmidir. Məşhur bir hədisə görə, Allah-Taala ilk olaraq Məhəmməd Peyğəmbərin nurunu yaradıb, ondan sonra mərhələ-mərhələ peyğəmbərlərin, övliyaların və digər məxluqatın ruhunu xəlq edib. Həzrət Məhəmmədin peyğəmbərliyi Həzrət Adəmin peyğəmbərliyindən daha öncə mövcud olub."- söyləyirdi.

Bəli, haqqında söhbət açdığım filologiya elmləri doktoru, dosent Nəzakət Məmmədli 2025-ci ilin fevral ayında qəfil ürəktutmadan vəfat edib. Onun ölümü nəinki doğmaları, əzizləri üçün bir dərd, Azərbaycan elminə bir itgi olub...

Ruhu şad olsun!

Dərin hüznlə, Elman Eldaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 İyun 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see356

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see350

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see261

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see233

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see201

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see194

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see185

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see184

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see180

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see177

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see170

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see165

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see162

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see157

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see144

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri