Icma.az
close
up
RU
Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası Oqtay Əsədovundur? Yeni Gündəm

Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası Oqtay Əsədovundur? Yeni Gündəm

Icma.az, Yenigundem saytına istinadən bildirir.

Ölümlərə səbəb olan əməliyyatlara görə klinika da məsuliyyət daşıyırmı?

Xəbər verdiyimiz kimi, burun çəpərinə görə  “Mərcan Medicare” klinikasında  Sənan Mehdiyev tərəfindən əməliyyat olunan 31 yaşlı Nəzrin Mansurova vəfat edib.

Nəzrin Mansurovanın ölümü ilə bağlı cərrah Sənan Mehdiyev məhkəmə qərarı ilə həbs olunub.

Bu məsələdə klinika da məsuliyyət daşıyırmı? 

Məlumdur ki, əməliyyatı tək cərrah tərəfindən həyata keçirilmir. Əməliyyata qədər pasiyentdən xüsusi tibbi analizləridən keçirilməli və yoxlanılmalı, anestezioloq tərəfindən əməliyyata hazırlıq işləri görülür.  Həmçinin baş həkimin rəyi ilə əməliyyat həyata keçirilir. Əməliyyat prosesində  əsas iş icracısı isə cərrahdır.

“Mərcan Medicare” klinikasında isə ilk dəfə deyil ki, ölüm hadisəsi ilə gündəmə gəlirdi.

2024-ci ilin dekabrında bloqer Nərmin Bəylər qızı İsgəndərovanın ölüm xəbəri yayıldı. Nərmin İskəndərovada Mərcan klinikasında plastik əməliyyatdan sonra vəfat edib. Əməliyyatı Nurlan Həsənli  həyata keçirdiyi bildirildi. ” Mərcan klinikasında həkimə 5 min manat pul ödənilib. Əməliyyatdan sonra halı pisləşdi, həkimlə əlaqə saxlayıb. O isə boyun olmayıb və başqa klinikaya yollayıb. Orada isə günü 180 manat istəyiblər. Pulu olmadığı üçün evdə müalicə edib. Dərman almağa gedəndə yolda rəhmətə gedib qalıb”deyə Nərmin İskəndərovanın anası açıqlamasında bilidirb.

Lakin “Mərcan Medicare” klinikasının baş həkimi Araz Ağayev bildirib ki, əməliyyatı cərrah Oruc Məmmədov icra edib,  Nurlan Həsənli onun köməkçisidir . Üstəlik, Nurlan Həsənlinin Rusiyada tibb təhsili aldığını, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərib.

Araşdırmalarımız nəticəsində həmçini  məlum olmuşdur ki, “Baş vermiş ölüm faktı ilə bağlı araşdırmanı hüquq-mühafizə orqanları aparırlar. O ki, qaldı Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin özəl klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsinə, bu məsələ ilə əlaqədar “Mərcan Medicare” klinikasında plandankənar yoxlama aparılıb. Nəticədə tibbi müəssisə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.

Hüquqşunas məsələ ilə bağlı bildirib ki, son günlərdə bu mövzu gündəmdədir. Ümumiyyətlə, həkim səhvləri ilə bağlı vətəndaşların ağır nəticələr keçirməsi, hətta ölümə səbəb olması hadisələri baş verib. Bu tip işlərdə son nəticənin verilməsi üçün vacib olan məsələ keçirilmiş ekspertizanın rəyidir. Yəni, istintaq dövründə ekspertiza keçirilir və rəy verilir. Hadisədə həkimin səhvi, səhlənkarlığı yer alırsa, bu zaman əlbəttə ki, onu cinayət məsuliyyətinə cəlb olunması mümkündür.Hüquqşünasın sözlərinə görə, klinika bu tip işlərdə yalnız mülki məsuliyyət daşıyır. Yəni, dəymiş maddi-mənəvi ziyanla bağlı klinikaya iddia qaldırılması mümkündür.“Ölüm hadisəsi baş veribsə, ekspertizanın keçirilməsində məqsəd ölümün nəticəsini, səbəbini müəyyən etmək məqsədilə aparılır. Əgər cinayət işi ilə bağlı hissədə həmin həkim təqsirkar hesab edilərsə, ona cəza verilərsə, belə olan təqdirdə zərərçəkmiş şəxsin hüquqi varisi klinikaya qarşı da maddi və mənəvi ziyanın ödənilməsilə bağlı iddia qaldıra bilər”.

Bu faciələrin  baş verdiyi klinikanın baş həkimi Anestezioloq- Reanimatoloq  Araz Ağayevdir.

  Klinika isə  keçmiş spiker Oqtay Əsədovun qızı Nərmin Əsədovaya məxsus olduğu iddia olunur.

Bu barədə nə Araz Ağayevdən nə də ki, Oqtay Əsədovla əlaqə yaratmaq mümkün olmadı.

Məlumdur ki, bu hadisələrdə hüquq-mühafizə orqanları ciddi araşdırma apararaq bu faciələr bir daha təkrarlanmaması  üçün lazımi tədbirlər görüləcək.

Yazıda adları keçənlərin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 27 Yanvar 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see362

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see142

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see142

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri