Icma.az
close
up
RU
Mərcan klinikası və Nurlan Həsənli barəsində QərarQanunzidd fəaliyyət göstəriblər Yeni Gündəm

Mərcan klinikası və Nurlan Həsənli barəsində QərarQanunzidd fəaliyyət göstəriblər Yeni Gündəm

Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.

Bloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın – red.) vəfatı ilə bağlı günahkar qismində adı hallanan “Mərcan Medicare” klinikasında çalışan və sözügedən əməliyyatda iştirak etdiyi qeyd olunan Nurlan Həsənli ilə bağlı bir sıra suallar yaranmışdı.

Klinikanın baş həkimi Araz Ağayev iddialara cavab olaraq açıqlamasında bildirmişdi ki, 2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024-cü il tarixində klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərib.

Bəs görəsən, Rusiyada tibb təhsili alan, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxs klinikada həkim köməkçisi kimi fəaliyyət göstərə bilərmi?

Fotoda: Nurlan Həsənli

Bu sualla Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə üz tutduq. Dekabrın 19-da ünvanladığımız sorğuya, nəhayət, bu gün cavab gəlib.

Oxu.Az-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib ki, Rusiyada tibb təhsili alan, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsi qanunaziddir:

“Baş vermiş ölüm faktı ilə bağlı araşdırmanı hüquq-mühafizə orqanları aparırlar. O ki qaldı Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin özəl klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsinə, bu məsələ ilə əlaqədar “Mərcan Medicare” klinikasında plandankənar yoxlama aparılıb. Nəticədə tibbi müəssisə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.

Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir”.

Məlumatda əlavə olaraq qeyd edilib ki, hər bir pasiyentin müraciət etdiyi həkimdən sertifikatını tələb etmək hüququ var:

“Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya Pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 11 Yanvar 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri