Icma.az
close
up
RU
Ölüm saçan LİFTLƏR Bakının əbədi problemi, yoxsa...

Ölüm saçan LİFTLƏR Bakının əbədi problemi, yoxsa...

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Bakının böyük ticarət mərkəzlərindən biri - "Tamstore" mağazalar şəbəkəsinin əməkdaşının ağır xəsarət alması ilə nəticələnən lift qəzası baş verib. Hadisədən sonra bəlli olub ki, lift qəzalı olduğundan ticarət mərkəzinin rəhbərliyinə xəbərdarlıq edilməklə qurğudan istifadə rəsmi qurumlar tərəfindən qadağan olunub.

Sirr deyil ki, paytaxt Bakıda belə qəzalı liftlər çoxdur. Xüsusən də sovet dövründə və ondan az sonra tikilmiş binalarda. Bəs çıxış yolu nədir? Problemi necə həll eləmək olar? Əsas məsuliyyəti kimin üzərindədir?

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, liftlər təhlükə potensiallı obyektlər hesab olunduğu üçün onların istismarı və texniki qulluğu qaydalarla çox ciddi şəkildə tənzimlənir: "Bu sahədə konkret məsuliyyət bölgüsü müəyyən olunub. İntensiv istifadə olunan yaşayış, ticarət obyektlərində və yaşayış binalarında liftin gündəlik təhlükəsiz işləməsini təmin etmək, müntəzəm texniki baxış keçirtmək və nasazlıq aşkar olunduqda qurğunun fəaliyyətini dərhal dayandırmaq birbaşa obyekti idarə edən tərəfin, yəni sahibkarın və ya rəhbərliyin öhdəliyidir.

Müvafiq dövlət nəzarəti qurumları tərəfindən mütəmadi liftlərlə bağlı yoxlamalar aparılır. Liftin istismarında hər hansısa bir təhlükəli vəziyyət göründükdə onun fəaliyyəti dərhal dayandırılmalıdır.

Liftlərin təhlükəsizliyi sahəsində mövcud problemlərin köklü həlli, insan amilindən qaynaqlanan səhvərin və sui-istifadə hallarının minimuma endirilməsi məqsədilə dövlət tərəfindən rəqəmsallaşma və nəzarət mexanizmləri formalaşdırılır. Belə ki, lift təsərrüfatının idarə edilməsində şəffaflığı təmin edən ən mühüm yeniliklərdən biri istifadəyə verilmiş "MyLift" platformasıdır. Bu innovativ platforma həm lifti istismar edən müəssisələr, həm də liftdən istifadə edən vətəndaşlar üçün vahid və rahat nəzarət mühiti formalaşdırır".

Ekspert qeyd edib ki, platforma vasitəsilə liftlərin son texniki xidmət tarixləri, mövcud istismar vəziyyəti və digər vacib məlumatlarla tanış olmaq mümkündür: "Həm müəssisələr, həm də vətəndaşlar liftlərin texniki pasportunu, növbəti baxış tarixini, təmir tarixçəsini və dövlət qurumlarının rəsmi rəylərini onlayn rejimdə izləyə bilərlər. Bu da öz növbəsində texniki qulluğun vaxtında həyata keçirilməsini təmin edir".

Orxan Musayev vurğulayıb ki, xüsusilə Sovet dövründə inşa edilmiş yaşayış binalarında istismar müddətini başa vurmuş liftlərin mövcudluğu ciddi problem olaraq qalır: "Bu liftlər hər an qəza vəziyyəti yaradaraq insanların həyat və sağlamlığına ciddi təhlükə yarada bilərlər. Ona görə də istismar müddəti bitmiş liftlərin yeni liftlərlə əvəz olunması üzərində işlər aparılmalıdır. İstismar üçün yararsız hesab edilən liftlərin istifadəsinə yol verilməməlidir. Bu sahədə həm mənzil tikinti kooperativləri, həm vətəndaşlar, həm də mənzil istismar sahələri tərəfindən birgə kompleks yanaşma aparılmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 İyul 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri