Xətaidə liftlər niyə işləmir?
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xətai rayonunun Sarayevo küçəsi 32 ünvanında yerləşən 9 mərtəbəli binanın sakinləri lift problemindən narazıdırlar.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, binada aparılan təmir işləri səbəbindən liftlər hazırda işləmir. Bu səbəbdən sakinlər mərtəbələrə qalxıb-enmək üçün pilləkənlərdən istifadə etməli olurlar.
Vəziyyət xüsusilə yuxarı mərtəbələrdə yaşayan yaşlı şəxslər, uşaqlı ailələr və hərəkət məhdudiyyəti olan insanlar üçün ciddi çətinlik yaradır. Sakinlər liftlərin istismar müddətinin də başa çatdığını və yenilənməsinin vacib olduğunu deyirlər.
Onların sözlərinə görə, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, hələlik nəticə yoxdur.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Baxış sayı:93
Bu xəbər 10 Avqust 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















