Icma.az
close
up
RU
Ölüm səbəbi: Şiddətli insansızlıq Günün şeiri

Ölüm səbəbi: Şiddətli insansızlıq Günün şeiri

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün görkəmli ABŞ şairi Maya Anjelunun doğum günüdür.

Maya Anjelu 1928-ci il aprelin 4-də ABŞ-ın Missuri əyalətində, St. Luis şəhərində anadan olub. Əsl adı Marqarit Annie Consondur. Ona “Maya” adına qoyan qardaşı ilə birlikdə nənəsinin yanında, irqçiliyin möhkəm olduğu Arkansasda böyüyüb. ABŞ-ın travmay sürücüsü olan ilk zənci qadınıdır. Çox gənc yaşında dünyaya gətirdiyi oğlu ilə həyatını qazanmaq üçün gecə klublarında rəqqasəlik, müğənnilik, xadiməlik edib. Ssenarilər, pyeslər, maraqla oxunan yemək kitabları yazıb, rejissorluq edib, albom çıxardıb. Yeddi cildlik avtobioqrafiya yazıb. Ömrünü irqi ayrı-seçkiliklə və qadın haqlarının tanınması ilə keçən mübarizələrə sərf edib. Bu prosesin içində çap etdirdiyi şeir kitabları ilə bir yandan öz xalqının tarixini, aktual problemləri ifadə edən, digər tərəfdən isə öz ehtiraslı zənci qadın fərdiyyətinin arzularını, çıxılmazlıqlarını, ziddiyyətlərini sadə, melodik və modern şəkildə ifadə edən şair kimi tanınıb. Amerika xalqının sevgisini qazanan Angelou 2014-cü il mayın 28-də dünyadan köçüb.

Kulis.az "Günün şeiri" layihəsindən onun şeirlərini təqdim edir.

Qayıtdılar evlərinə
Qayıtdılar evlərinə, arvadlarının yanına,
dedilər ki, bircə dəfə də həyatlarında
mənim kimisini tanımayıblar.
Amma… qayıtdılar evlərinə.
Evin nə təmizdir – dedilər mənə,
heç bir sözüm heç kimi incitmirmiş,
sən demə auram da sehrliymiş.
Amma… qayıtdılar evlərinə.
Bütün kişilər məni tərifə boğardı,
gözəl imiş gülüşüm, ağlım, ombalarım,
fəqət bir gecə keçirdilər mənimlə, üç, ya da iki…
Amma…
Keçən vaxt
Sənin dərin şəfəqə bənzəyir,
Mənimki gecənin qaranlığına.
Biri başlanğıcını ifadə edir,
labüd bir finalın;
o biri sona çatmasını,
konkret bir başlanğıcın.
Zavallı qız
Başqa bir sevdiyin var,
bilirəm bunu;
səni dəlicəsinə sevən biri
eynilə mənim kimi.
Sözlərin elə bil ləl-cəvahirdi,
diqqətlə dinləyir hər sözünü,
anladığını düşünür səni…
Zavallı qız
Eynilə mənim kimi.
Başqa bir qəlbi də qırırsan,
bilirəm bunu,
edə biləcəyim heç nə yoxdur.
Əgər danışsam ona bildiklərimi
Səhv başa düşəcək, qovacaq məni…
Zavallı qız
Eynilə mənim kimi.
Onu da tərk edəcəksən,
bilirəm bunu,
o heç vaxt bilməyəcək
onu niyə tərk etdiyini,
Ağlayacaq, bilmək istəyəcək
nəyin düz getmədiyini.
Bu nəğməni oxuyacaq o da axırda
Zavallı qız
Eynilə mənim kimi.
Gəl və sevgilim ol
Yollar azman maşınlarla doludur
Məchul bir yerə gedirlər sürətlə.
İnsanlar alışan hər şeyi tüstülədirlər,
Kimisi həyatını dolayır bir qədəhin başına
və sən hansı tərəfə dönəcəyini bilmədən
oturub gözləyirsən.
Mənsə bilirəm.
Gəl və sevgilim ol.
Bəzi kahinlər deyir ki, sabah qiyamət qopacaq,
Başqalarına görə hələ bir-iki həftəmiz var.
Qəzetlər fəlakət xəbərləriylə doludur,
və sən hansı tərəfə gedəcəyini bilmədən
oturub gözləyirsən.
Mənsə bilirəm.
Gəl və sevgilim ol.

Nağıl
Həmişə qorxardı kişilərdən,
gecənin gətirdiyi
günahlardan və keflərdən.
Nə vaxt bir çarpayı görsə,
şaqqıltıyla bağlanardı
fikrindəki kilidlər.
Qaşlarını çatdı
və baxışlarıyla tıxadı
açar deşiyini.
Çarpazlama bir zəncir
asdı qapıdan
və şüurunu qapatdı.
Sümükləri tapıldı
təxminən otuz il sonra
avto-dayanacaq
tikmək üçün
evi uçurulanda.
Ekspertizanın rəyi belə oldu:
ölüm səbəbi şiddətli insansızlıq.
Tərcümə: Qismət

Bu gün Rostropoviçin doğum günüdür Volkan Konak vəfat etdi Dövrümüzün Şeyx Nəsrullahı Nigar Fərhad kimdir?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Aprel 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri