Icma.az
close
up
RU
ÖLÜM VAR Kİ, HƏYAT QƏDƏR DƏYƏRLİ...

ÖLÜM VAR Kİ, HƏYAT QƏDƏR DƏYƏRLİ...

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nurəddin İSMAYIL

Ölüm var ki, həyat qədər dəyərli, 

Həyat var ki, ölümdən də zəhərli.

Cavid əfəndinin dilindən qopan bu misralar, özü kimi, ölümündən sonra ölümsüzlüyə qovuşan insan oğluna işarədir. Bu gündən yüz il əvvələ işıq saçan bu misralar, məhz bugünkü gündə ilahi şəhadətə qovuşan, həyatı hər kəsə örnək, ölümü mənasız yaşayan kimsələrə görg olan Mübariz İbrahimovun pəhləvan cüssəli boyuna biçilən misralardır. 

Hər şey o gecə dəyişildi. 19-dan 20-nə keçən gecə. 2010-cu ilin o gecəsi təmas xəttinin bu üzündən çaxan şimşək, təmas xəttinin o üzündə çat verdi. O gecə, təmas xəttinin o üzündə, düşmənin atəşkəs rejimindən, bu rejimin qoruyucusu olan dövlətlərin dəstəyindən məst olub mürgü vurduğu, bu üzündə xain düşməndən vətən torpağının qisasını almaq eşqi ilə köksü atan, şir ürəkli Mübarizin şikara çıxdığı gecə idi.

Bu gecə, altı il sonra Lələtəpədə ilk çaşdırıcı zərbənin endirildiyi, on il sonra 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbənin vurulduğu, on iç il sonra düşmən üzərində son qələbənin əldə edildiyi günlərdən xəbər verən, xoş səhərli müjdə gecəsi idi. Məhz bu gecə qəhrəman bir gəncin “həyat qədər dəyərli” ölümü ilə Qarabağsız həyatdan, Qarabağla bütövləşən həyata qədəm qoyduğumuz günün başlanğıc gecəsi oldu. Bu gecənin dillərdə gəzən dastanı sonra başlayacaqdı. Özü də təkcə vətəndə yox, vətəndən kənarlarda. Dost, qardaş Türkiyədə komutanlar öz məhmətciklərinə Mübarizin keçdiyi şərəf yolundan, cəsarətindən, qorxmazlığından, tək canı ilə bir bölük düşmənlə üz-üzə durub, onlarla erməni hərbçisini məhv etməsindən örnəklər verəcək, Mübarizi Türk dünyasının basılmaz qəhrəmanı kimi təqdim edəcək.

Mübarizin qəhrəmanlığından heyrətə gələn rus rəsmiləri onu canlı müharibələrin Rembosu kimi öymək zorunda qalacaq. Görəcəklər ki, balaca bir Əliabad adlı kənddən pərvəriş tapan Mübariz, döyüş əzmi, dəyanati, mərdliyi ilə özünü 300 spartalıya bənzədən, tarixin məğlubedilməz xalqı kimi tanıtmaq istəyən, lakin həlledici döyüş zamanı tülkü kimi deşikdə gizlənən, fərarilik edən erməni əsgərindən nə qədər ucalarda durur. 2010-cu ilin 18 iyun gecəsi Tərtər rayonu, Çaylı kəndi ətrafında düşmən səngərinə girib onlarla düşmən əsgərini məhv edən Mübariz tək bir ailənin, tək bir xalqın deyil, keçmişi qəhrəmanlıq səlnamələri ilə zəngin olan, at belində doğudan batıya zəfər yürüş edən türk ulusunun yetişdirdiyi və millətin, ümmətin onunla qürur duyduğu bir qəhrəmandır. Adı dilimizin əzbəri, əməlləri hər bir insanımızın, gəncimizin, döyüşçümüzün örnəyi Mübariz bəyimiz, nur içində rahat uyu, rahat yat. Sən Vətən torpaqlarının düşmən işğalından azad olmaq yolunda uf demədən, göz qırpmadan can fəda edən şəhid oldun. Nə xoş sənin saf ruhuna ki, o ruhun general Polad Həşimov kimi ruhdaşı, general Hikmət Hacıyev kimi komutan davamçısı oldu.

Namərdi odlara yaxdı Mübariz

Qəfil bir hücumla, göz qırpımında, 

Düşmən səngərini yıxdı Mübariz. 

Zəfər dastanını yazıb tarixə, 

Şəhidlik taxtına çıxdı Mübariz.

Sarılıb silaha, girdi meydana, 

Gəbərtdi yağını, sərdi meydana, 

O bir cəsur ürək, şirdi meydana 

Namərdi odlara yaxdı Mübariz.

Nə savaş qorxusu, nə can fədası, 

Nə yaylım atəşi, ölüm sədası, 

Onu durdurmadı vətən sevdası, 

Qəlblərdə qurulan, taxtdı Mübariz.

Yurduna ürəkdən elə bağlandı... 

Candan sevdi eli, elə bağlandı, 

Hər sözü, əməli, dilə bağlandı, 

Gözlərdən yaş olub axdı Mübariz.

Sarsılmayan qala, uca dağ oldu, 

Zamanın fövqündə duran çağ oldu, 

İlk andı, son sözü, Qarabağ oldu,

Şimşək tək parlayıb, çaxdı Mübariz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 İyun 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri