Icma.az
close
up
RU
Ölüm xəbəri yayıldı, Bəşər Əsədi tərk etməsi üçün pul təklif edildi Əsma Əsəd haqqında BİLİNMƏYƏNLƏR

Ölüm xəbəri yayıldı, Bəşər Əsədi tərk etməsi üçün pul təklif edildi Əsma Əsəd haqqında BİLİNMƏYƏNLƏR

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ərəb xanımı Diana”, “tutqun Suriya reallığında işıq şüası”, “səhra gülü”, “millət anası”, “suriyalı Mariya Antuanetta”, “dəmir ledi”... Əsma Əsədə aid edilən epitetlərdən sadəcə bir neçəsi...

Suriyada Bəşər Əsəd devrilib. 24 illik hakimiyyətinə son qoyulan Əsəd atasından miras qalan idarəçiliyi buraxmaq məcburiyyətində qalaraq Rusiyaya sığınıb. Bəşər əl-Əsəd hakimiyyətə gələndə 34 yaşı vardı. Xalqın ondan gözləntisi isə çox idi, lakin gözlənilənin əksi baş verdi və böyük faciələr yaşandı. Rəsmi məlumata görə, Suriyada 2011-ci ildə başlamış vətəndaş müharibəsi nəticəsində 300 mindən çox insan öldürülüb. Baş verən siyasi təlatümlər fonunda Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin də adı hallanır. Suriyanın birinci xanımı ölkənin yeni dönəmi ilə bağlı müəyyən gözləntilərin yaranmasına səbəb olmuşdu, amma o da həyat yoldaşı kimi ümidləri doğrultmadı. Ərəb baharının başlanğıcında Əsma qanlı etirazların yatırılmasının qarşısını almağa qadir şəxs kimi qəbul edilirdi. Lakin illər sonra o Suriyadakı vətəndaş müharibəsindən ən çox qazananlardan biri kimi təqdim edilir. “Financial Times” qəzetinin yazdığına görə, Əsma Əsəd vasitəçilərin köməyi ilə faktiki olaraq bütün sektorlara-telekommunikasiya, daşınmaz əmlak, banklar, ticarətə nəzarət edir.

Moderator.az Musavat.com-a istinadən vaxtaşırı dünyanın gündəminə düşməyi bacaran Əsma Əsədlə bağlı maraqlı məlumatları təqdim edir.

Əsma Fəvvaz əl-Əxrəs 11 avqust 1975-ci ldə Böyük Britaniyanın paytaxtı Londonda dünyaya gəlib. O, Londonun Kromuell Xəstəxanasının məsləhətçi kardioloqu Fəvvaz Əxrəs və təqaüddə olan diplomat Səhər Otrinin qızıdır. Londonda qızlar məktəbini və London Kral Kollecini kompüter elmləri və fransız ədəbiyyatı üzrə bakalavr dərəcəsi ilə bitirib. Məzun olduqdan sonra o, Deutsche Bank Group-da Avropa və Şərqi Asiyadakı müştərilərlə hedcinq fondunun idarə edilməsi bölməsində analitik kimi işə başladı. Karyerasına “J.P.Morgan”da investisiya bankçılığı şöbəsində davam etdi. 2000-ci ildə Dəməşqdə bibisinin evində tətildə ikən o, Harvard Universitetində MBA təhsili almaq xəyalı qururdu. Lakin taleyin onun üçün başqa planları var idi. Əsma ailə dostu Bəşər Əsədlə tanış oldu. 2000-ci ilin iyununda Hafiz Əsədin ölümündən sonra oğlu Bəşər Əsəd prezidentlik kürsüsünə keçdi. Əsma isə həmin ilin noyabr ayında Suriyaya köçdü və dekabrda Bəşərlə evləndi. Bu izdivac cəmiyyətdə birmənalı qarşılanmadı, çünki onların tanışlığı barədə heç bir məlumat yox idi. Cəmiyyət bunu barışıq və islahedici hökumətə doğru irəliləyişin əlaməti kimi şərh edirdi, çünki Əsma Birləşmiş Krallıqda böyüyüb və Ələvi Bəşərdən fərqli olaraq sünni çoxluğu təmsil edir.

Birinci xanım toydan sonra suriyalılarla danışmaq və gələcək siyasəti müəyyən etmək üçün Suriyanın kəndlərini gəzməyə başladı. O, hökumətin xeyriyyəçilik sektoru çərçivəsində fəaliyyət göstərən Suriyanın İnkişafı üçün İnam Fondunu (Syria Trust for Development) yaratdı. Buna görə o, Yaxın Şərqdə 411 jurnalın “Dünyanın ən nüfuzlu ərəbləri” siyahısında yer alıb. O, Suriyada vətəndaş müharibəsinin başlaması səbəbindən dayandırılmış islahat təşəbbüsünün iştirakçısı kimi sosial və iqtisadi inkişafla məşğul olan hökumət təşkilatlarına dəstək verməkdə böyük rol oynayıb. Əsma əri ilə birgə Suriyanın biznes sektorlarının, bankların, telekommunikasiyaların, daşınmaz əmlakın və dənizçilik sənayesinin “əsas iqtisadi oyunçulardan” biri hesab olunur.

Onun ictimai imicinə ilk böyük zərbə 2012-ci ilin əvvəlində dəydi. Birinci xanım Suriyada vətəndaş müharibəsinin qızışması ilə bağlı susqunluğuna görə tənqid olundu. O, qiyam başlayandan bir il sonra, 2012-ci ilin fevralında beynəlxalq mediaya ilk rəsmi bəyanatını verdi. “The Times”-a göndərdiyi açıqlamada Əsma Əsəd “Prezident Suriyanın prezidentidir, suriyalıların fraksiyası deyil və birinci xanım onu bu rolda dəstəkləyir”, deyə bildirib. Bu dövrdə ictimai rəydə, həmçinin, onun xeyriyyəçilik və kəndlərin inkişafı üçün fəaliyyətindən və “zorakılıq qurbanlarına” dəstəyindən bəhs edilirdi.

2012-ci ilin mart ayında Avropa İttifaqı onun aktivlərini dondurdu və Suriya hökumətinə qarşı sanksiyaların gücləndirilməsi çərçivəsində ona və prezident Bəşər Əsədin digər yaxın ailə üzvlərinə səyahət qadağası qoydu. Həmin il Almaniya və Böyük Britaniyanın BMT-dəki səfirlərinin həyat yoldaşları Huberta von Voss Vittiq və Şeyla Lyall Qrant video-müraciət yayaraq Əsma Əsədi sülh üçün danışmağa və qətliamı dayandırmaq üçün ərinə təsir etməyə çağırdılar.

Suriya Hərbi Kəşfiyyat İdarəsinin bombalanmasından sonra ictimaiyyət qarşısına çıxmaması onun paytaxtdan və ya ölkədən qaçdığına dair fərziyyələrə səbəb oldu. O, 2013-cü il martın 18-də Dəməşq Opera Evində görünərək şayiələri təkzib etdi. Aylar sonra da “Mən dünən də burada idim, bu gün də buradayam və sabah da burada olacağam” açıqlamasını verdi.

2020-ci ildə müşahidəçilər Əsma Əsədin Suriya hökuməti daxilində təsirini genişləndirməyə başladığını qeyd ediblər. Onun xeyriyyə təşkilatı yenidən aktivləşdi və o, 2020-ci il Suriya parlament seçkiləri zamanı fəal üzvləri önəmli vəzifələrə təşviq etməyə başladı. Nəticədə 9 fəal Suriya parlamentində yer qazandı ki, onların hər biri xeyriyyə təşkilatı ilə əlaqəli idi. Bu onun parlamentdə siyasi dəstək qazandığına, Suriya siyasi arenasında əsas rol oynamağa davam edəcəyinə işarə idi.

Əsma Əsədin adı cinayətdə işlərində də hallanıb. Belə ki, o, 2021-ci ilin martında Böyük Britaniyada “kimyəvi silahdan istifadə etməklə mülki əhalinin işgəncə və qətlinə, o cümlədən terror aktlarının təşkilinə təhrik etməklə bağlı” ilkin araşdırmaya cəlb olunub.

Bu dövrdə Əsmanın Bəşər Əsədin istefası halında özünü daha münasib alternativ kimi təqdim etmək üçün nüfuzlu Ələvi fiqurları ilə danışıqlar apardığı bildirilir.

Əsma Əsəd siyasi-ictimai fəaliyyətinə görə daim medianın diqqət mərkəzində olub. 2016-cı ildə Rusiyanın “Rossiya 24” telekanalına verdiyi müsahibədə bildirib ki, ona ərini tərk etməsi üçün pul təklif edilib. Ə.Əsəd təklifi qəbul etmədiyini deyib:

“Bu təklifin məqsədi Bəşər Əsədi mənən zəiflətmək idi. Amma daxili savaş başladığı gündən ərimi tərk etməmişəm”.

41 yaşlı üç uşaq anası onu da deyib ki, ona Əsədi tərk etmək təklifi edənlər övladlarının və əmlakının güvəndə olacağını bildiriblər:

“Bu adamların məqsədlərini anlamaq üçün dahi olmağa ehtiyac yoxdur. Xalqın prezidentinə olan etibarını qırmaq üçün bu cür cəhdlər edirlər. Amma mən ilk gündən buradayam. Başqa bir yerə getməyi düşünmürəm”.

Bu ilin iyun ayında isə leykozdan müalicə olunan Əsma Əsədin vəfat etdiyi iddia edilib. Onun ölüm xəbərini Əsədin lideri olduğu “Baas” Partiyası təkzib edib.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd hazırda ailəsi ilə birgə Moskvadadır və Rusiyadan sığınacaq alıb.

TASS agentliyinin məlumatına görə, Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri