Ölümcül avtomobil qəzası keçirən idmançının futbol həyatı təhlükə altındadır
Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.
Ötən şənbə günü ölümcül yol qəzası keçirən və avtomobili tanınmaz hala düşən İngiltərə Premyer Liqa komandası "Vest Hem"in ulduzu Mixail Antonionun futbol həyatının təhlükədə olduğu iddia edilib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Britaniya komandası futbolçunun səhhətindən xəbərdar olduğunu, ünsiyyət qura bildiyini və nəzarət altında olduğunu bildirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Antonionun ayağının və dizinin müxtəlif yerlərində ciddi sınıqlar var. Xəbərdə Mixail Antonionun yenidən meydana qayıda biləcəyini öyrənmək üçün 12 ay lazım olduğu bildirilib.
Digər tərəfdən Daily Mail-də çıxan xəbərə görə, yamaykalı ulduzun futbolu tərk etməli ola biləcəyi iddia edilib. O da yazılıb ki, təcrübəli futbolçunun fiziki gücü bərpa prosesini bir az da qısalda bilər. 34 yaşlı Mixail Antonionun meydana qayıda bilməyəcəyi ehtimalı da diqqət mərkəzinə çatdırılıb.
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Baxış sayı:157
Bu xəbər 10 Dekabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















