Icma.az
close
up
RU
Uşaqları ölümə sürükləyən səbəb: Evdən məktəbə qədər...

Uşaqları ölümə sürükləyən səbəb: Evdən məktəbə qədər...

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, son bir həftə ərzində 3 məktəbli intihar edib. 

Hadisələrdən biri Biləsuvarda baş verib. Belə ki, 11-ci sinif şagirdi Simuzər Heydərova intihar edib. Sosial şəbəkələrdə Simuzərin məktəbdaxili bullinqə məruz qalması ilə bağlı məlumatlar yayılıb. Lakin Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi bu iddiaları təkzib edib. Bildirilib ki, məktəb daxilində aparılan ilkin təhlil və sorğular sözügedən şagirdə qarşı hər hansı qısnama hallarının baş verdiyini təkzib edir. 

Fevralın 10-da isə Nizami rayonunda, “Neftçilər” metrostansiyası yaxınlığında 16 yaşlı Kamilə Məmmədova çoxmərtəbəli binanın damından özünü atıb. Nəticədə aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbi hələlik məlum olmasa da, K. Məmmədovanın məktəbli olduğu bildirilib. 

Digər hadisə fevralın 5-də Yardımlının Zevin kəndində baş verib. 15 yaşlı məktəbli Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Yayılan məlumatlara görə, yeniyetmə intihar etməmişdən əvvəl məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə. Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib. Göründüyü kimi, bu intiharların hər biri fərqli səbəblərdən baş versə də, ortaq məqam yeniyetmələrin psixoloji vəziyyəti və məktəb mühiti ilə bağlıdır. Ümumiyyətlə, məktəblərdə şagirdlərin psixoloji vəziyyəti ilə bağlı hansı tədbirlər görülür? 

Mövzu ilə bağlı “Cümhuriyət” -ə açıqlamasında psixoloq-pedaqoq Zeynəb Əyyubova qeyd edib ki, bu gün cəmiyyəti narahat edən əsas məsələlərdən biri yeniyetmələrin psixoloji vəziyyəti və onların məktəb mühitində üzləşdikləri problemlərdir. Psixoloqun sözlərinə görə, son bir həftədə baş verən intihar halları bu mövzunun nə qədər ciddi və aktual olduğunu bir daha göstərir: 

“Məktəblərdə şagirdlərin psixoloji sağlamlığı ilə bağlı görülən tədbirlər əsasən psixoloji xidmətlərin təşkili, profilaktik maarifləndirmə və fərdi yanaşmanı əhatə edir. Dövlət məktəblərində psixoloqlar fəaliyyət göstərirlər. Onların vəzifəsi şagirdlərin psixoloji rifahını təmin etmək, yaranan problemləri vaxtında müəyyən edib lazımi dəstəyi göstərməkdir. Lakin praktiki təcrübə göstərir ki, bu xidmətlərin effektivliyi bir sıra səbəblərdən istənilən səviyyədə olmaya bilər”. 

Zeynəb Əyyubova bildirib ki, burda ilk növbədə psixoloqların sayının yetərli olub-olmaması məsələsi diqqət çəkir: 

“Çox vaxt məktəbdə yalnız bir psixoloq çalışır və bu, yüzlərlə şagirdin ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Digər tərəfdən, bəzi valideynlər və şagirdlər psixoloqa müraciət etməyi lazım bilmir və ya bunu tabu hesab edirlər. Bu da problemlərin gizli qalmasına və zamanla dərinləşməsinə səbəb olur. 

Eyni zamanda, məktəb mühitində bullinq və digər psixoloji təzyiqlərin mövcudluğu da mühüm amildir. Rəsmi araşdırmalar hər zaman bu halları təsdiqləməsə də, praktik olaraq, bir çox yeniyetmə məktəb daxilində və ya sosial mühitdə psixoloji zorakılığa məruz qalır. Bu da onların özlərini tənha hiss etmələrinə, depressiyaya düşmələrinə və bəzi hallarda intihar kimi faciəvi nəticələrə səbəb ola bilir”. 

Psixoloq vurğulayıb ki, nəticə olaraq, yeniyetmələrin psixoloji sağlamlığı təkcə məktəbin və ya psixoloqların deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən məsuliyyətdir:

“Bu cür hadisələrin qarşısını almaq üçün məktəblərdə psixoloji dəstəyin daha gücləndirilməsi, psixoloqların sayının artırılması və onların iş yükünün optimallaşdırılması vacibdir. Bundan əlavə, valideynlərlə sıx əməkdaşlıq olunmalı, onlar övladlarının emosional vəziyyəti barədə daha həssas olmağa təşviq edilməlidirlər.

Eyni zamanda, şagirdlərin bir-birilə münasibətlərinin sağlam qurulması üçün məktəblərdə empatiya, tolerantlıq və qarşılıqlı hörmət mövzusunda təlimlər keçirilməlidir. Bu məsələdə hər kəs – müəllimlər, valideynlər, psixoloqlar və hətta şagirdlərin özləri də aktiv iştirak etməlidirlər ki, belə faciələrin qarşısı vaxtında alınsın”.

Əfsanə Rəcəb
​​​​​​"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Fevral 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri