Icma.az
close
up
RU
Ölümə aparan ürək xəstəlikləri: Çıxış yolu nədir? (ŞƏRH)

Ölümə aparan ürək xəstəlikləri: Çıxış yolu nədir? (ŞƏRH)

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Təəssüf ki, Azərbaycan kardioloji faktordan ölüm hallarına görə dünya liderlərindəndir”.

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Müşfiq Hüseynov bildirib. 

Ekspert bunun səbəblərinin çox olduğunu diqqətə çatdırıb:

"Bunların arasında obyrktiv və subyektiv səbəblər var. Səbəblərin önündə təbii ki, qidalanma və stess faktor durur. Əgər bunları sıralasaq, ilk sırada stress gəlir. 30 il davam edən erməni işğalı izsiz ötüşə bilməzdi. Bundan başqa, Bakı praktik olaraq yaşanmaz hala düşüb. İnsanlar saatlarla tıxaclarda qalır və bu insanlarda psixoloji gərgin vəİyyət yaradır”. 

Ekspert hesab edir ki, qidalanma da həssas məqamdır:

”Mətbəxtimiz kifayət qədər dadlı, amma zərərlidir. Yağlı, duzlu yeməyi sevirik. Ən  pisi, qaydasında və zamanında yeməyi bilmirik. Bazarda keyfiyyətli qida problemini də üstünə gəlsək, bütün bunlar orqanizmdə  piylənməyə və zərərli trans-yağların damarları tutmağa səbəb olur”.

Müşfiq Hüseynov bildirib ki, profilaktika da mühüm rol oynayır:

”Dünyada qəbul olunmuş qaydalar var, 40 yaşdan yuxarı insanlar mütləq qandurulaşdırıcı, damar gücləndiririci,  təzyiq, şəkər əleyhinə və s. dərmanlar qəbul eləməldiir. Biz isə bunu etmirik”. 


Ekspert vurğulayıb ki, metabolizma və hərəkət son dərəcə vacib amillərdir:

”Millət olaraq idman sevən deyilik. Bütün  parklarda pulsuz idman trenajorları var, amma əksəriyyəti boşdur”. 

Müşfiq Hüseynov xüsusilə qeyd edib ki, ekoloji faktorlar da burada rol oynayır:

”Bakıda ciddi oksigen problemi var, çünki yaşıllıq və park ərazisi azdır. Əhalinin az qala yarısının Bakıda toplandığını nəzərə alsaq, ürək-damar problemlərinin çoxluğu artıq normal hal sayılmaldır”.

Ekspertin sözlərinə görə, 40 yaşa çatan hər kəs mütləq və mütəmadi kardioloji çekaplara, müayinələrə getməli, daima həkim nəzarətində olmalıdır:

”İcbari sığortanın verdiyi imkanlara baxmayaraq, əhali həkimə getməyi sevmir”.

M.Hüseynov bildirib ki, insanlar gün ərzində informasiya vasitələrindən yaxşı xəbər oxumur, izləmir, eşitmirlər:

”Bunun üzərinə bəzi "üzdəniraq” social şəbəkə "fenomenləri”nin siniredici çıxışlarını da gəlsək, KİV və şəbəkələr Azərbaycan xalqına ciddi narahatlıqlar yaradır deyə bilərik”.

 Ekspert maddi resursların çatışmazlığına da diqqət çəkib:

”Bu artıq dünyada baş verən klassik situasiydlr. İnsanların gözləntiləri çox, bunu  edə biləcək potensialları isə yetərsizdir”.

Müşfiq Hüseynov tövsiyyə edib ki,  ən son qida qəbulunu yatmamışdan heç  olmasa 4 saat öncəyə çəkmək lazımdır:

"Axşamlar lazımsız verilişlərə baxmaq əvəzinə, məsələn, kitab oxumağı, açıq havada və parklarda gəzməyi, imkan olduqca şəhəri tərk etməyi məsləhət görmək olar”.

Ekspert məsləhət görüb ki, ulu, səbzəli, yüngül və ancaq mövsümi qidalara üstünlük verilsin:

”Xəmir, duzlu, xüsusilə şirniyyat məhsularını  minimuma endirmək, mümkün qədər rəngli və enerji içkilərdən qaçmaq, siqareti tərgidib, alkoqol tükətimini az və nadir hallarda etmək, çox hərəkət etməklə damarlarda toplaşan trans yağları və pis xolesterinin miqdarını azaltmaq olar.  Müəyyən yaşdan sonra mütləq antioksidant, koenzim, omeqa, vitaminlər qəbul etməklə ürək- damar problemlərinin yaşını kifayət qədər uzatmaq olar. Sxem çox  sadədir. Yeməyinizə və aldığınız qida  əlavələrinə diqqət edib, daima hərəkətdə olub, mütəmadi müayinə və həkim nəzarətində yaşamalıyıq”. 


Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Yanvar 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri