Icma.az
close
up
RU
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü

“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

09 oktyabr 2026-cı il — müasir maarifçilik tariximizə daha bir imza atdım!

Müəlliflik fəaliyyətimin ən əlamətdar hadisələrindən birini yaşadım. Yeni kitabım — “Ölümün bir addımlığında” işıq üzü gördü. Kitabın təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən möhtəşəm tədbirlə qeyd olundu.

Tədbirdə tanınmış alimlər, ziyalılar, şəhid anaları, qazilər, Milli Məclisin deputatları, icra hakimiyyəti nümayəndələri, eləcə də kitabın əsas qəhrəmanının ailə üzvləri və çoxsaylı fəxri qonaqlar iştirak etdilər.

Kitab 2023-cü il yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş xain hücum zamanı böyük qəhrəmanlıq göstərən, səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşı, I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuş Vasif Tağıyevə həsr edilib.

Həmin faciəli hadisə zamanı xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun əziz xatirəsi də bu qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsidir.

Tədbirimizin fəxri qonağı, şəhid Orxan Əsgərovun həyat yoldaşı Aynur xanım da iştirakçılarla həmin faciəli günün yaddaşlardan silinməyən xatirələrini bölüşdü. O, Orxanın həyatından kövrək anları, onun şəxsiyyətini, mənəvi dünyasını və ailəsinə bağlılığını əks etdirən xatirələri böyük duyğusallıqla dilə gətirdi. Aynur xanımın səmimi söhbəti tədbir iştirakçılarını dərindən təsirləndirdi, şəhidimizin əziz xatirəsinə ehtiram hissini bir daha gücləndirdi.

Bu əsər yalnız bir qəhrəmanın həyat hekayəsi deyil. O, Vətənə sədaqətin, insanlıq borcunun, mərdliyin və ölümün bir addımlığında belə geri çəkilməyən iradənin salnaməsidir. Məqsədim qəhrəmanlarımızın şücaətini gələcək nəsillərə çatdırmaq, onların adlarını xalqımızın yaddaşında əbədi yaşatmaqdır.

Bu kitabın ərsəyə gəlməsində qəhrəmanımızın anası, dəyərli Təranə xanımın əməyi xüsusilə böyükdür. O, son altı ay ərzində mənimlə birlikdə yuxusuz gecələr keçirərək bu əsərin hazırlanmasına ürəyini, zəhmətini və ana sevgisini sərf etdi. Onun dəstəyi, səbri və fədakarlığı kitabın ərsəyə gəlməsində mühüm rol oynadı.

“Ölümün bir addımlığında” mənim üçün sadəcə yeni bir kitab deyil. Bu, qəhrəmanlığa ehtiramın, şəhidlərimizin əziz xatirəsinə sədaqətin, ana fədakarlığına minnətdarlığın və milli yaddaşımıza töhfə vermək istəyimin ifadəsidir.

Vasif Tağıyev kimi igidlərimizin qəhrəmanlığı daim yaşasın!

Şəhid Orxan Əsgərovun əziz xatirəsi qəlbimizdə əbədi yaşasın!                                      

Qəhrəmanlar unudulmur, şəhidlər ölməz! Onların dastanı kitabların səhifələrində gələcəyə yol alır!

Dilarə Nağıyeva,

Azərbaycanlı milyonçu-xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi Tarix elmləri üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Oktyabr 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri