Icma.az
close
up
RU
Ölümündən sonra Pulitzer alan ilk şair Feministlər niyə onun qəbrini dağıtmışdılar?

Ölümündən sonra Pulitzer alan ilk şair Feministlər niyə onun qəbrini dağıtmışdılar?

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

27 oktyabr tanınmış amerikalı şair Silviya Platın doğum günüdür.

Kulis.az bu münasibətlə şairin həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Məşhur "Sırça fanus" ("The bell jar") romanının müəllifi amerikalı şair və yazıçı Silviya Platın həm həyatı, həm də əsərləri bu gün də oxucuları düşündürməkdə davam edir.

Yazdıqları ilə bir çox insanı təsirləndirən, dövrünün öncül ədəbi simalarından olan Platın bir çox əsəri ölümündən sonra çap olunub.

Plat ilk şeirini “Şeir” adı ilə "Boston Herald" qəzetinin uşaq bölməsində dərc etdirib.

Daha sonra onun əsərləri "The New Yorker", "The Atlantic Monthly" və "Harper’s Bazaar" kimi nüfuzlu jurnallarda da çap olunub.

Silviyanın atası Otto Plat arıçılıq üzrə mütəxəssis idi, Almaniyadan ABŞ-a köç edib və sonradan entomologiya üzrə professor olub. O, 1934-cü ildə “Tüklü arılar və onların həyatı” adlı kitabını nəşr etdirmişdi.

Arılar və xüsusilə ana arının rolu barədə yazdığı bu əsər Silviya üçün böyük ilham mənbəyi olmuşdu.

Otto Plat Silviyanın 8 yaşı olanda şəkər xəstəliyinin ağırlaşması nəticəsində vəfat edib. Bu itki onun bütün həyatına kölgə salıb.

1962-ci ilin payızında, yaradıcılığının zirvəsində olarkən o, cəmi bir həftəyə “Arı şeirləri” adlanan beş şeir yazıb.

Bu şeirlər sonradan onun məşhur “Ariel” toplusuna daxil edilib.

Ölümündən sonra tapılan əlyazmaları arasında uşaqlar üçün yazılmış hekayələr də var idi.

Onu çox zaman faciəvi bir şəxsiyyət kimi xatırlasalar da, Plat gənc yaşlarından parlaq uğurlara imza atmışdı. O, Smith Kollecdə oxuyub, daha sonra təqaüdlə Kembric Universitetinə qəbul olunmuşdu.

Yazı bacarığı ilə bir çox mükafatlar qazanıb.

Smit Kollecində oxuyarkən qazandığı bir müsabiqə nəticəsində “Mademoiselle” jurnalında yay təcrübəsinə seçilib. 1953-cü ilin yayını Nyu-Yorkda keçirib.

Bu təcrübə onun həm həyatında, həm də “Sırça Fanus” romanında mühüm rol oynayıb. Romanın hadisələri həmin dövrdə yaşadıqlarına əsaslanır.

Bu dövr onun üçün həm iş, həm də daxili çətinliklərlə dolu idi. Nyu-Yorkdan geri döndükdən sonra ağır depressiyaya düşüb və intihara cəhd edib. Daha sonra müalicə alıb, universitetə qayıdaraq fərqlənmə diplomu ilə məzun olub.

1960-cı ildə İngiltərədə yaşadığı dövrdə ilk şeir kitabı “The Colossus” nəşr olundu. Kitab böyük satış əldə etməsə də, tənqidçilərdən müsbət rəylər alıb. “Sırça Fanus” romanı isə o öldükdən bir ay əvvəl “Viktoriya Lukas” təxəllüsü ilə çap edilib, çünki nəşriyyat məhkəmə riskindən çəkinirdi. Kitab 1971-ci ildə Platın öz adı ilə ABŞ-da yenidən nəşr olunub və çox satılıb.

Plat Kembricdə oxuyarkən sonradan Böyük Britaniyanın rəsmi şairi titulunu alacaq Ted Hyuzla tanış oldu. Cütlük cəmi iki ay sonra - iyunun 16-da Ceyms Coysun xatirə günündə evlənib.

Silviya bacısına yazdığı məktubda belə demişdi:

“Heç vaxt bu qədər gözəl şeirlər yazmamışdım. Özümə bərabər bir insan tapdığım üçün çox güclü hiss edirəm.”

Lakin bu evlilik çox ziddiyyətli idi. 1960-cı ildə Plat hamilə ikən Hyuzun ona xəyanət etdiyini və zorakılıq göstərdiyini söyləmişdi.

Onlar son aylarında ayrılmış yaşayırdılar. Plat iki uşağı ilə Londonda yaşayırdı. Onun intiharından sonra sonra bütün əlyazmaları və mirası qanuni olaraq Hyuza qaldı. Hyuz “Ariel” toplusunu nəşr etsə də, bəzi şeirləri çıxarıb ardıcıllığı dəyişdirdi.

Silviya Plat ən yaddaqalan şeirlərini ölümündən bir az əvvəl yazmışdı. Bu dövrdə o, “Xanım Lazar” ("Lady Lazarus") və “Ata” ("Daddy") kimi ən məşhur şeirlərini yaradıb.

Plat 1963-cü il, fevralın 11-də uzunmüddətli depressiya və gərgin yaradıcılıq dövründən sonra intihar edib.

1982-ci ildə Plat ölümündən sonra Pulitzer mükafatına layiq görülən ilk şair olub. Bu mükafatı Ted Hyuz tərəfindən tərtib edilən “The Collected Poems” ("Şeirlər toplusu") kitabı qazanıb.

Hyuz ön sözdə belə yazmışdı: “Əgər qarşısındakı taxtadan masa düzəldə bilməsəydi, bir oyuncaq və ya kiçik bir əşya hazırlamaq belə onu xoşbəxt edərdi.”

Silviya Platın uzun illərdir “depressiyalı şair” obrazı mövcuddur. 2001-ci ildə psixoloq Ceyms C. Kaufman bu anlayışı “Silviya Plat effekti” adlandırmışdı. Lakin sonradan Kaufman bu addan peşman olduğunu, gənc və düşüncəsiz davrandığını etiraf edib.

Plat İngiltərənin Qərbi Yorkşir bölgəsində dəfn olunub. Qəbir daşı bir neçə dəfə vandalizmə məruz qalıb — bəzi feminist qruplar ərinin soyadını silib, daş isə daha sonra tamamilə dağıdılıb.

Ted Hyuz 1989-cu ildə yazırdı: “Qəbir daşı hazırlanarkən yeganə sualım ‘Plat’ soyadını necə yerləşdirəcəyim idi. Hüquqi olaraq onun adı Silviya Hughes idi, amma 1963-cü ilə qədər Silviya artıq Plat soyadı ilə tanınır və öz adını qazandığını çox yaxşı bilirdim”.

Silviya Platın ölümündən uzun illər keçməsinə baxmayaraq, o, hələ də dünyanı təsirləndirməyə davam edir.

Yazdıqları yeni nəsil şairlərə və yazarlara ilham verir, tənqidçilər isə onun yaradıcılığını hələ də müzakirə edirlər.

Onun əsərləri və poetik gücü isə onu əbədi yaşadan bir miras kimi qalır.

Nərimanovun qeydləri kitab halında çap olunacaq İblisə məktub - Kənan Hacının yeni hekayəsi Sürətlə unudulan əsərlər - Seymur Baycan
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see248

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see244

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see241

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see236

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see188

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see166

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see133

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri