Icma.az
close
up
RU
Omanda İran və ABŞ arasında vasitəçilərlə danışıqlar başlayıb

Omanda İran və ABŞ arasında vasitəçilərlə danışıqlar başlayıb

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Omanda İran və ABŞ arasında vasitəçilərlə danışıqlar başlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi "X" sosial media hesabında paylaşdığı edir.

“Xarici işlər naziri Abbas Erakçi ilə ABŞ prezidentinin (Donald Tramp) Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff arasında dolayı danışıqlar Omanın xarici işlər naziri Bədr əl-Busaidinin vasitəçiliyi ilə başlayıb”, - deyə mesağda qeyd edilir.

Bekayi, danışıqlar zamanı İran və ABŞ nümayəndə heyətləri üçün ayrı-ayrı otaqların ayrıldığını və Omanın xarici işlər naziri Busəidinin iki tərəf arasında mesajları çatdıracağını bildirib.

2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb.

İran təhdidlərin də yer aldığı məktuba Oman vasitəsilə cavab verərək, təhdid və təzyiq altında birbaşa danışıqlara getməyəcəklərini və yalnız dolayı danışıqlara hazır olduqlarını açıqlayıb.

ABŞ prezidenti Tramp isə aprelin 7-də Ağ Evdə insanlığa qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə şənbə günü İran və ABŞ arasında “birbaşa” danışıqların olacağını açıqlayıb.

Tramp “Əgər razılaşma əldə olunmasa, İran böyük təhlükə altında olacaq” iddiasını irəli sürmüşdü.

İranın xarici işlər naziri Abbas Ərakçi də həmin gün bəyan edib ki, İran və ABŞ arasında danışıqlar aprelin 12-də Omanda “vasitəçilərlə birgə” aparılacaq.

Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Erakçi, ABŞ-ı isə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Vitkoff rəhbərlik edəcək.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Aprel 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri