Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Süni intellekt Avstraliya hökumətinə sızdı

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Omayra Sançesin baxışları

Omayra Sançesin baxışları

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bir Foto – Bir Hekayə

Bəzən bir foto bütün insanlığın vicdanına toxunur. O, qələbəni və şöhrəti deyil, faciəni, iztirabı, insan gücsüzlüyünü göstərir. Ancaq məhz belə kadrlar bəşəriyyəti silkələyir, laqeydliyi dağıdır.

1985-ci ildə Kolumbiyada baş verən Nevado-del-Ruis vulkanının püskürməsi tarixin ən dəhşətli təbii fəlakətlərindən birinə çevrildi. Armero şəhəri və ətraf kəndlər lahar – palçıq, daş və kül qarışığından ibarət selin altında qaldı. Rəsmi rəqəmlərə görə, azı 25 min insan həlak oldu. Ən ağrılısı isə faciənin qarşısını almağın mümkün olması idi: hakimiyyət vulkan təhlükəsindən xəbərdar idi, amma xərcləri bəhanə gətirərək qabaqlayıcı tədbirlər görmədi.

Fəlakətin simvolu isə 13 yaşlı Omayra Sançes oldu. Evini basan lahar (palçıq vulkanı axını, palçıq lavası) ailəsini məhv etdi, özü isə dağıntılar altında ilişib qaldı. Xilasedicilər günlərlə çalışsalar da, qızcığazı beton plitələrin arasından çıxara bilmədilər.

Omayra təslim olmadı. Üç gün boyu suyun içində, palçığın və soyuğun əsarətində, ağrı və qorxunun içində ümidini qorudu. O, ətrafındakı böyükləri təsəlli edir, “mən yaxşıyam” deyərək güclü görünməyə çalışırdı. Dördüncü gün isə reallıq üstün gəldi: halüsinasiyalar başladı, bədəni müqavimət göstərə bilmədi. Qızcığaz kameralara baxaraq sanki bütün bəşəriyyətə sual verirdi: niyə bu qədər gecikdiniz?

Qurtuluş ümidini gətirən nasos ölümündən cəmi iki saat əvvəl gəlib çıxdı. Amma işləmirdi. Omayra həyatla vidalaşdı. Fotoqraf Frank Furnyenin çəkdiyi şəkil isə dünyaya yayıldı. “Paris Match” dərgisində dərc olunanda cəmiyyət iki yerə bölündü: kimisi bunu qəddarlıq saydı, kimisi isə vicdan sarsıntısına ehtiyac olduğunu söylədi.

Onun ailəsindən yalnız anası və qardaşı sağ qaldı. Anası illər sonra belə deyirdi: “Bu dəhşətdir, amma biz yaşayanları düşünməliyik.” Bəli, bəzən həyatda qalmaq – ən böyük cəsarətdir.

Omayranın qara gözlərində isə hələ də bir millətin, bəlkə də bütün dünyanın məsuliyyətsizliyinə qarşı səssiz ittiham yaşayır. Bu baxışlar bu gün də bizi izləyir və xəbərdarlıq edir: insan ömrü iqtisadi hesablamaların arxasında gizlənməməlidir.

Elbrus RZA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see275

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see243

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see242

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see234

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see226

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see225

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see224

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see207

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see205

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see204

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see203

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see202

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see198

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see193

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see190

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see187

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see181

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see181

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see169

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri