Icma.az
close
up
RU
Ombudsman Aparatının rəhbəri “İqlim dəyişmələri şəraitində uşaqların sağlamlıq hüququnun təmin edilməsi” mövzusunda yan tədbirdə iştirak edib AZƏRTAC

Ombudsman Aparatının rəhbəri “İqlim dəyişmələri şəraitində uşaqların sağlamlıq hüququnun təmin edilməsi” mövzusunda yan tədbirdə iştirak edib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

“Ətraf mühitin qəsdən çirkləndirilməsi və ekoloji cinayətlərin törədilməsi uşaqların da sağlamlığına mənfi təsir göstərir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı COP29 çərçivəsində Özbəkistan Respublikasının İnsan Hüquqları üzrə Milli Mərkəzi tərəfindən “İqlim dəyişmələri şəraitində uşaqların sağlamlıq hüququnun təmin edilməsi” mövzusunda təşkil edilmiş yan tədbirdə çıxışı zamanı deyib.

Aparat rəhbəri uşaq hüquqlarının etibarlı müdafiəsinin və təmininin Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərdən biri olduğunu qeyd edib, uşaq hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin araşdırıldığını və onların həlli üçün qanunamüvafiq tədbirlərin həyata keçirildiyini söyləyib.

O həmçinin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərə müvafiq olaraq Müvəkkilin təşəbbüsü əsasında təsisatda monitorinq qruplarının yaradıldığını diqqətə çatdırıb. Aydın Səfixanlı hər il olduğu kimi, bu il də Ombudsman tərəfindən 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı”nın elan edildiyini, işğaldan azad edilmiş ərazilərdəki təhsil müəssisələrində bu il Aylıq çərçivəsində ilk dəfə olaraq uşaq hüquqları ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edildiyini bildirib.

“Ermənistan uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərində ekoloji cinayətlər törədib. Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minalar bu gün də mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükədir. Birinci Qarabağ müharibəsindən indiyədək 358-i uşaq olmaqla 3400-dən çox şəxs mina qurbanına çevrilib”, - deyə Aydın Səfixanlı bildirib.

Aparat rəhbəri, həmçinin işğal olunmuş ərazilərimizdə otuz ilə yaxın müddət ərzində ətraf mühitə və biomüxtəlifliyə ciddi ziyan vurulduğunu, ekosid cinayətinin törədildiyini diqqətə çatdırıb, həmin ərazilərdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, su mənbələrinin zərərli maddələrlə çirkləndirildiyini bildirib.

A.Səfixanlı istismara yararsız olmasına baxmayaraq, fəaliyyətini davam etdirən və ətraf mühiti ciddi şəkildə çirkləndirən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region üçün potensial təhlükə mənbəyinə çevrildiyini də vurğulayıb, Azərbaycan Ombudsmanının dəfələrlə aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək növbəti nüvə fəlakətinin qarşısını almaq üçün həmin AES-in fəaliyyətinin təhlükəsiz şəkildə dayandırılmasını və təcili bağlanmasını tələb etdiyini diqqətə çatdırıb.

Aparat rəhbəri beynəlxalq ictimaiyyəti bəşəriyyətin ekoloji təhlükəsizliyinə təhlükə yaradan, habelə sağlam ətraf mühitdə yaşamaq hüququnu kobud şəkildə pozan bu kimi cinayətlərə biganə qalmamağa çağırıb.

Tədbirdə Özbəkistan Respublikasının İnsan Hüquqları üzrə Milli Mərkəzinin direktorunun müavini Mirzatillo Tillabayev, Özbəkistan Respublikası Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru Murodjon Turqunov, Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyinin nümayəndəsi Sayyora Abdullayeva və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri