Icma.az
close
up
RU
Ombudsman Aparatının rəhbəri Beynəlxalq Ombudsmanlar İnstitutunun regional iclasında və beynəlxalq konfransda iştirak edib

Ombudsman Aparatının rəhbəri Beynəlxalq Ombudsmanlar İnstitutunun regional iclasında və beynəlxalq konfransda iştirak edib

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Beynəlxalq Ombudsmanlar İnstitutunun (IOI) Pakistan İslam Respublikasının Lahor şəhərində keçirilmiş Asiya Regional İclasında və “Ombudsman təsisatları vasitəsilə qanunun aliliyinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Konfransda “Qanunun aliliyini əlçatan etmək: Ombudsman xalqla hökumət arasında körpü kimi” mövzusunda keçirilən sessiyada çıxışı zamanı Aparat rəhbəri ombudsman və milli insan hüquqları təsisatlarının qanunun aliliyinin təşviqində mühüm rol oynadığını bildirib. Azərbaycanda Ombudsman təsisatının yaradılmasının insan hüquqlarının qorunması, eləcə də ölkədə qanunun aliliyinin təmin edilməsi istiqamətində atılmış ən mühüm addımlardan biri olduğu qeyd edilib.

Aparat rəhbəri Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə ətraflı məlumat verib, işgəncələrə qarşı milli preventiv mexanizm, informasiya əldə etmək hüququnun, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının təşviqi, müdafiəsi və təmini, həmçinin bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq mexanizmi kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Müvəkkilin beynəlxalq təşkilatlarla əməkdaşlığa əhəmiyyət verdiyini bildirən A.Səfixanlı Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin qanunun aliliyi hesabatına Azərbaycanın Ombudsmanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin müsbət təcrübə kimi qiymətləndirildiyi barədə məlumat verib.

Eyni zamanda, beynəlxalq münaqişələrin beynəlxalq hüquqa, qanunun aliliyinə hörmət prinsiplərinə əsasən həll edilməli olduğu halda, ölkəmizin də uzun illər ərzində ədalətsizliklərə və ikili standartlara məruz qaldığını, torpaqlarımızın işğal olunduğunu, bir milyondan çox insanın fundamental hüquqlarının pozulduğu diqqətə çatdırılıb. Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi, bir milyondan çox insanın pozulmuş hüquqlarını bərpa etdiyi və eyni zamanda, beynəlxalq təşkilatların müvafiq qərarlarının icrasını təmin etdiyi, hazırda regionda sülhün təmin olunması istiqamətində mühüm addımların atıldığı qeyd edilib.

Aparat rəhbəri Ombudsman tərəfindən İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdə faktaraşdırıcı missiyaların həyata keçirildiyini, həmin missiyaların yekunlarına dair hesabatların hazırlanaraq beynəlxalq təşkilatlara və xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarına ünvanlandığını qeyd edib.

Hurriyyet.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri