Icma.az
close
up
RU
Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır

Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır

Icma.az, Olke.az saytına istinadən bildirir.

Bu barədə Ölkə.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, bu monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilmiş, insan hüquq və azadlıqlarının təmin olunması vəziyyəti daim diqqətdə saxlanılıb:

"Tərəfimdən, eləcə də Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirilən başçəkmələr zamanı həmin şəxslərə, o cümlədən R.Vardanyana öz ana dilində hüquqları izah edilib, MPQ-nin həkim üzvü tərəfindən səhhətlərinin mövcud vəziyyəti yoxlanılıb, onlara istəklərinə uyğun olaraq müvafiq nəşr vəsaitləri və öz ana dillərində qanunvericilik aktları təqdim edilib. Eləcə də, müraciətləri əsasında müxtəlif dillərdə çoxsaylı bədii ədəbiyyat kitabları onlara təqdim olunub. Həmin şəxslərin hər birinin Ombudsman 916 Çağrı mərkəzinə müraciət imkanı vardır, etdikləri hər bir müraciətə vaxtında və qanuna müvafiq reaksiyalar verilib".

Məlumatda qeyd olunub ki, adı çəkilən məhkumların cəza çəkdikləri müəssisədə saxlanma şəraitərinin müasir standartlara cavab verdiyi, həmin məhkumlara münasibətdə hər hansı bir ayrı-sekilik hallarına yol verilmədiyi, beynəlxaq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının, o cümlədən idman növləri ilə məşğul olmaları, gəzinti və asudə vaxlarının təşkili ilə bağlı hüquqlarının təmin edildiyi tərəfimizdən keçirilən ardıcıl başçəkmələr zamanı müşahidə olunur. Qeyd olunmalıdır ki, cəzaçəkmə müəsisələrinə köçürüldükləri zaman hesablarında vəsaitin olmamasına baxmayaraq, ailə üzvləri ilə telefon danışıqları, informasiyaya çatım imkanları məhdudiyyətsiz təmin olunub.

Eləcə də, adıçəkilən məhkumların notariat və tibbi xidmətlərlə də bağlı müraciətlərinin də qanunvericiliyə uyğun təmin olunduğu müşahidə edilib.

"Sonuncu dəfə notariat xidməti ilə bağlı Araik Harutyunyanın müraciəti icra olunmuş və başçəkmə gününə təsadüf etdiyindən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən də bu xidmətin icra olunduğu yerində müşahidə olunmuşdur. Bunlarla yanaşı, həmin şəxslər tərəfindən Ombudsmana ünvanlanmış əlavə tibbi müayinələrin keçirilməsi, ailə üzvləri ilə əlavə telefon danışları, özləri və vəkilləri tərəfindən ardıcıl olaraq dövlət qurumlarına müraciətləri ilə bağlı məsələlər təmin olunub.

Ombudsmanın müstəqil olaraq həyata keçirdiyi monitorinq və başçəkmələrin nəticəsi olaraq bildirmək istərdik ki, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətləri törətmələri məhkəmə qaydasında sübuta yetirilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş həmin şəxslərin hüquları hər hansı bir ayrı-seçkiliyə yol verilmədən təmin edilir. Bununla bağlı internet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur, həqiqəti əks etdirmir, qərəzli siyasi məqsədlərə xidmət edir", - məlumatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Sentyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri