Icma.az
close
up
RU
Ombudsman Qətər konfransında süni intellektin tətbiqi sahəsində Azərbaycanda görülən işlərdən danışıb

Ombudsman Qətər konfransında süni intellektin tətbiqi sahəsində Azərbaycanda görülən işlərdən danışıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Qətər Dövlətində keçirilmiş “Süni intellekt və insan hüquqları: imkanlar, risklər və daha yaxşı gələcəyə baxış” mövzusunda konfransda iştirak edib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, müxtəlif beynəlxalq təşkilatların, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin, süni intellekt üzrə ekspertlərin və dünyanın aparıcı universitetlərinin hüquqşünas alimlərinin də iştirak etdiyi tədbirdə Səbinə Əliyeva rəqəmsal idarəetmənin inkişafı və süni intellektin tətbiqi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib. O, həmçinin cari ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edildiyini diqqətə çatdırıb.

Ombudsman fəaliyyətində süni intellekt konsepsiyasının tətbiqi imkanlarının nəzərdən keçirildiyini vurğulayıb, bu konsepsiyanın şikayətlərin ilkin emalında, sadə qərarların qəbulu prosesində, şikayətlər üzrə sistemli problemlərin müəyyən olunması məqsədilə təhlillərin aparılmasında və Çağrı Mərkəzinin fəaliyyətində effektivliyin artırılmasında əhəmiyyətli dərəcədə faydalı ola biləcəyini qeyd edib.

Müvəkkil süni intellektin insan hüquqlarına təsirini nəzərə alaraq beynəlxalq səviyyədə tənzimləmə metodlarının işlənib hazırlanmasının, həmin sənəddə milli insan hüquqları təsisatlarının rolunun, xüsusən də monitorinq, maarifləndirmə və qanunvericiliyin təkmilləşdirilməsi sahələrində funksiyalarının müəyyən edilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, süni intellekt konsepsiyasına keçid insan hüquq və azadlıqlarının təmini və texnoloji tərəqqinin insan hüquqlarına mənfi təsirlərinin minimuma endirilməsi ilə şərtlənməli, bu sahədə normativ baza və texnoloji imkanlar bir-birini tamamlamalıdır.

Ombudsman Səbinə Əliyeva, həmçinin konfrans çərçivəsində Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah əl Attiyah, Avropa Ombudsman İnstitutunun prezidenti Draqan Milkov, Misir Ərəb Respublikasının Milli İnsan Hüquqları Şurasının prezidenti Muşira Xəttab, Bolqarıstanın milli insan hüquqları institutlarının nümayəndələri və Qətərin bəzi dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirib. Söhbət zamanı konfransın mövzusu üzrə, eləcə də ümumilikdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan çağırışlar və gələcək əməkdaşlığın perspektivləri istiqamətində qarşılıqlı fikir mübadilələri aparıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri