Icma.az
close
up
RU
Ombudsman Səudiyyədə: İƏT baş katibi ilə görüşdü

Ombudsman Səudiyyədə: İƏT baş katibi ilə görüşdü

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha ilə görüş keçirib.

News24.az xəbər verir ki, görüş zamanı Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm önəm verdiyini bildirən Müvəkkil regional və beynəlxalq təşkilatlarla, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyası (İƏT OA) və Asiya Ombudsmanlar Assosiasiyası çərçivəsində üzv ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində addımlar atdığını qeyd edib. S.Əliyeva insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində İƏT OA-ya üzv ölkələrin milli insan hüquqları təsisatları arasında birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Ermənistanın ərazilərimizdə törətdiyi ekosid cinayətləri barədə də məlumat verən Müvəkkil ekologiyaya ciddi zərər vurulduğunu, torpaqlarımızın minalarla çirkəndirildiyini bildirib. Ombudsman basdırılmış minaların dəqiq xəritələrinin indiyədək ölkəmizə təqdim edilmədiyini, mina probleminin mülki şəxslərin həyat və sağlamlığına, keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıdışına və həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə törətdiyini qeyd edib.

Bütün bunlar nəzərə alınmaqla, mövcud problemin aradan qaldırılması üzrə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən dəstəyin artırılmasının olduqca mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

İbrahim Taha öz növbəsində Azərbaycanın İƏT-in fəal üzvü olduğunu qeyd edib. Baş katib dəfələrlə ölkəmizə səfər etdiyini, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin islam dünyasında rəğbətlə qarşılandığını, işğaldan azad olunmuş ərazilərimizdəki bərpa-quruculuq fəaliyyəti ilə yerində tanış olduğunu da diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Noyabr 2024 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see390

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see301

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see271

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see260

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see257

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see232

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see214

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see212

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see210

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see198

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see175

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see171

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see170

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see169

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see164

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see161

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see156

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see148

Bakı klubundan ayrılan braziliyalı bölgə komandasına qoşulmağa yaxındır

14 İyul 2026 01:50see146

Tramp Hörmüzə görə kompensasiya gözləyir

14 İyul 2026 08:52see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri