Icma.az
close
up
RU
Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa ilə birləşdirən Orta Dəhliz dünya ticarəti üçün xüsusi əhəmiyyət daşıyır. Dünya Bankının qiymətləndirməsinə görə, düzgün investisiya və islahatlar həyata keçirildiyi təqdirdə dəhliz üzrə ticarət həcmini 2030-cu ilədək üç dəfə artırmaq və daşınma müddətini yarıya endirmək mümkündür.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Türkiyədə fəaliyyət göstərən “Haber 365” saytının rəhbəri, siyasi analitik Yakub Aslan deyib.

Onun sözlərinə görə, Orta Dəhliz Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu vasitəsilə Asiya ilə Avropanı birləşdirən multimodal nəqliyyat sistemidir.

“Azərbaycan üçün Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, ölkənin avtomobil və dəmir yolu şəbəkəsi dəhlizin əsas elementlərindəndir. Türkiyə isə marşrutun Avropaya çıxışında mühüm logistika mərkəzi rolunu oynayır. Son illərdə geosiyasi və logistika dəyişiklikləri Orta Dəhlizə marağı daha da artırıb. Xüsusilə qlobal təchizat zəncirlərinin şaxələndirilməsi və ənənəvi marşrutlarda yaranan risklər alternativ nəqliyyat yollarının əhəmiyyətini yüksəldib. Bununla belə, dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün liman, dəmir yolu, gömrük və rəqəmsal logistika infrastrukturlarına əlavə investisiyalar tələb olunur. Orta Dəhlizin Azərbaycan üçün ən mühüm iqtisadi nəticələrindən biri iqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması potensialıdır. Nəqliyyat və logistika xidmətlərinin inkişafı qeyri-neft sektorunun yeni gəlir mənbələrinin formalaşmasına şərait yaradır. Nəqliyyat infrastrukturu inkişaf etdikcə Azərbaycan xarici investorlar üçün daha əlçatan istehsal və logistika məkanı əldə edir. Xarici şirkətlər məhsullarını Mərkəzi Asiya və Çin bazarlarından gətirib Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına çıxarmaqda maraqlı ola bilərlər”, - deyə ekspert qeyd edib.

Türkiyənin Orta Dəhlizin Avropa ilə birləşdiyi əsas qovşaqlardan biri olduğunu sözlərinə əlavə edən Yakub Aslan mövcud vəziyyətin ölkəyə Asiyadan göndərilən yüklərin Avropa bazarlarına daşınmasında mühüm rol oynamaq imkanı verdiyini vurğulayıb: “Türkiyə yalnız yüklərin son təyinat ölkəsi kimi deyil, həm də tranzit və paylama mərkəzi kimi gəlir əldə edə bilər. Xüsusilə Avropa ilə Mərkəzi Asiya arasında ticarətin artması Türkiyənin logistika sektorunun inkişafına əlavə imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin seqmenti kimi iki ölkə arasında iqtisadi əlaqələrin əsas elementlərindən biridir. 2024-cü ildə aparılan yenidənqurma işlərindən sonra xəttin illik yükdaşıma qabiliyyəti 5 milyon tona çatdırılıb. Bu xəttin inkişafı Azərbaycan və Türkiyə arasında yalnız yükdaşımaları deyil, həm də birgə logistika layihələrini, investisiyaları və sənaye əməkdaşlığını genişləndirə bilər. Dünya Bankı hesab edir ki, 2040-cı ilədək dəhlizin infrastruktur ehtiyaclarını qarşılamaq üçün təxminən 25 milyard dollar, əlaqələndirici və tamamlayıcı investisiyalar üçün isə əlavə 30 milyard dollar tələb oluna bilər. Eyni zamanda, koordinasiya və rəqəmsallaşma kimi islahatlar həyata keçirilərsə, dəhliz üzrə ticarət həcmlərinin daha da yüksək səviyyəyə çatması mümkündür. Orta Dəhliz Azərbaycan və Türkiyə üçün sadəcə alternativ nəqliyyat marşrutu deyil, uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:433
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri