Icma.az
close
up
RU
Ombudsman Vardanyanla bağlı açıqlama yaydı

Ombudsman Vardanyanla bağlı açıqlama yaydı

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın İnsan hüquqları müvəkkili (ombudsman) “Amnesty International” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazersin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı cinayətlərdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində çıxarılan məhkəmə hökmü ilə əlaqədar bəyanatına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, açıqlamada deyilir:

“Bakı Hərbi Məhkəməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə beynəlxalq məhkəmə təcrübəsinə tam uyğun şəkildə açıq məhkəmə prosesləri keçirilib, məhkəmə prosesində təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri sərbəst şəkildə iştirak edib, məhkəmənin gedişatı mediada geniş şəkildə işıqlandırılıb. Yekunda R.Vardanyan ittiham edildiyi cinayətlərdə təqsiri tam sübuta yetirilərək məhkəmə tərəfindən qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Beynəlxalq insan hüquqları hüququnun müddəaları və beynəlxalq məhkəmə təcrübəsinə tam uyğun şəkildə keçirilmiş məhkəmə prosesinin yekunu olaraq məhkəmə tərəfindən Ruben Vardanyan barəsində çıxarılmış hökmlə əlaqədar “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatı rəsmisinin yaymış olduğu bəyanat istər hüquqi, istərsə də mənəvi baxımdan yanlış, qeyri-obyektiv və qərəzlidir.

Belə ki, bəyanatda irəli sürülən iddialar, səsləndirilən ifadələr BMT Nizamnaməsinin və digər beynəlxalq hüquqi sənədlərin tələbləri ilə tam ziddiyyət təşkil edir, İkinci Dünya müharibəsində sülh və bəşəriyyət əleyhinə cinayətlər törətmiş şəxslərlə eyni statusa malik şəxslər müdafiə altına alınır, 30 ildən artıq bir müddətdə azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri barədə hər hansı bir fikir bildirilmir.

Adıçəkilən təşkilatın sərgilədiyi yanaşma beynəlxalq qeyri-hökumət təşkilatları üçün zəruri olan obyektivlik, balanslılıq və peşəkar etika prinsiplərinə ziddir və bəyanatın qeyri-obyektivliyini ehtiva edir.

“Amnesty International” təşkilatı rəsmisinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər ağır cinayətlər törətməkdə ittiham olunan bir şəxsin “müdafiəsi” məqsədilə Azərbaycana qarşı bu cür ittihamların irəli sürülməsi təşkilatın qərəzli mövqeyini, ölkəmizə qarşı yürüdülən ikili standartları bir daha nümayiş etdirir. Belə selektiv yanaşma və faktların kontekstdən çıxarılması həmin qurumun fəaliyyətində obyektivlikdən uzaqlaşdığını göstərir və bu, təşkilatın hansı mənbələrdən maliyyələşdirildiyi və hansı siyasi təsirlər altında fəaliyyət göstərdiyi məsələsini yenidən gündəmə gətirir.

Hüquqi baxımdan vurğulanmalıdır ki, Ruben Vardanyan barəsində irəli sürülmüş ittihamlar həm Azərbaycan Respublikasının milli qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına uyğun olaraq ağır və xüsusilə təhlükəli cinayətlər kateqoriyasına aiddir. Cinayət təqibi konkret sübutlara və hüquqi faktlara əsaslanıb və məhkəmə araşdırması qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.

Bütün istintaq və məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqları tam təmin edilib. Şəxsin vəkillə təmini, müdafiə mövqeyini hazırlaması və məhkəmə prosesində iştirak imkanları qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkil olunub. Ombudsman Aparatının əməkdaşları məhkəmə proseslərində iştirak edərək təqsirləndirilən şəxsin hüquq və azadlıqlarının təmini vəziyyətini bilavasitə müşahidə ediblər.

Bununla yanaşı, Ombudsmanın Milli Preventiv Qrupu (MQP) tərəfindən təqsirləndirilən erməniəsilli şəxslərlə, o cümlədən Ruben Vardanyanla görüşlər keçirilib, onların saxlanma şəraiti və rəftar məsələləri davamlı monitorinq edilib. Bu monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilib, şəxsin fundamental hüquq və azadlıqlarının təmin olunması vəziyyəti daim diqqətdə saxlanılıb. Ombudsman Aparatının əməkdaşları tərəfindən həyata keçirilən başçəkmələrdə təqsirləndirilən erməniəsilli şəxslərə, o cümlədən R.Vardanyana öz ana dilində hüquqları izah edilib, MPQ-nin həkim üzvü tərəfindən səhhətlərinin mövcud vəziyyəti yoxlanılıb, onlara istəklərinə uyğun müvafiq nəşr vəsaitləri və öz ana dillərində qanunvericilik aktları təqdim olunub.

“Amnesty International” təşkilatı rəsmisinin bəyanatında hüquqi aspektlərdən kənara çıxılaraq məsələyə siyasi çalar verilməsi, eləcə də təsdiqlənməmiş iddiaların fakt kimi təqdim edilməsi həmin təşkilatın Azərbaycana qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirir.

“Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatını qərəzli və selektiv yanaşmadan imtina etməyə, hüquqi proseslərə siyasi çalar verməkdən çəkinməyə və insan hüquqlarının müdafiəsinə həqiqətən obyektiv, balanslı və peşəkar prinsiplər əsasında xidmət etməyə çağırırıq.

Beynəlxalq hüquq müdafiə fəaliyyəti yalnız faktlara, hüquqa və ədalətə söykəndiyi halda legitim və inandırıcı ola bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Fevral 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri