Ömər aşırımına güclü qar yağıb
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin “Ömər aşırımı” adlanan ərazisi ağ örpəyə bürünüb.
Bizim.Media xəbər verir ki, dünəndən Qərb bölgəsində müşahidə edilən küləkli və yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub. Gecədən başlayaraq Ömər aşırımına qar yağıb. Yağan qarın hündürlüyü 15-20 santimetrə çatır.
Qeyd edək ki, Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir. Aşırım dəniz səviyyəsindən 3260 metr hündürlükdədir.
Bizim.Media

Ömər aşırımına güclü qar yağıb
17 Noyabr 2024 11:15

