Ömər də Wran pridə medal qazandı
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Azərbaycanın daha bir cüdoçusu Perunun paytaxtı Limada keçirilən Qran-pridə medal qazanıb.
Fanat.Az xəbər verir ki, Ömər Rəcəbli (81 kq) bürünc mükafat əldə edib.
O, üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Mixaylo Svidraka qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) bürünc medal qazanıblar.

