Icma.az
close
up
RU
“Ömrümüzün bir ili də belə uçub getdi...”

“Ömrümüzün bir ili də belə uçub getdi...”

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Müstəqillik dövrünün hər anı, hər günü, hər ayı, hər ili Rusiyanın Azərbaycanda arxivləri açılmamış və neft-qaz, korrupsiya pulları sayəsində daha da gücləndirilmiş kəşfiyyat-agentura şəbəkəsinin və ən yüksək vəzifələrədək dırmanmış “5-ci kalonu”nun çeşidli zərbələri ilə üz-üzə qalıb...”

...Kəndimizdə bir baməzə Balış kişi yaşardı. Allah rəhmət eləsin... Bir naqolay hadisə, hansısa övladının, doğmasının, qohumunun, həmkəndlisinin yarıtmaz işini görəndə belə deyərdi: “Öl, Balış, altı ayın da burdan getdi...”

Əslində bu gün belə ironik söhbətlərin yeri deyil. O səbəbdən ki, 25 dekabr tarixi xalqımız üçün növbəti faciə -hüzn günüdür- ötən il bugünkü gün- Rusiya səmasında sərnişin təyyarəmizin vurulması nəticəsində həlak olmuş insanlarımızın – vətəndaşlarımızın ildönümü mərasimidir... Allah cümləsinə rəhmət eləsin!..

Fəqət, bu ironik yanaşmamız xalqımızla yox, əsrlərdir şimal qonşumuz olan və 34 il öncə müstəqillik əldə etməyimizdən sonra guya bizimlə bərabərhüquqlu münasibətlər quran müttəfiqimiz, son 3 ildən bəri isə 22 fevral 2022-ci il tarixli Moskva müqaviləsi əsasında strateji müttəfiqimiz sayılan Rusiya və xüsusən də onun işğalçı diktatoru Vladimir Putinlə bağlıdır... Əslində əsrlərlə şovinist, işğalçı xislətini dəyişməmiş Kremlin, onun hazırkı rəhbərinin xüsusiyyətlərini düşünəndə təyyarəmizin vurulması da, buna görə rəsmən üzr istənilməməsi də, cinayəti törədənlərin cəzalandırılmaması da,  kompensasiya ödənilməməsi də, Putinin bununla bağlı açıqlamalarındakı xalqımıza, dövlətimizə sətiraltı, alçaldıcı yanaşmaları da təbiidir... Necə ki, orta əsrlərdən, XIX əsrin əvvəllərindən bəriki işğallar da, ermənilərin torpaqlarımıza köçürülüb başımıza bəla kimi yetişdirilməsi də, 1905-1906, 1918-1920-ci illərin soyqırımları da, Xalq Cümhuriyyətinin işğalı da, 20-30-40-cı illərin repressiya, deportasiyaları da, 1988-1994-cü illərin deportasiya, soyqırım və işğalları da, 20 Yanvar da, 20 Noyabr Qarakənd -vertolyot terroru da,  Xocalı da və s. Rusiya imperiyasının xislətinə uyğun idi...

Düzdü, Prezident İlham Əliyev məlum təyyarə qəzası verəndən sonrakı ilk saatlardan məsələyə sərt münasibət bildirdi, Rusiya rəhbərliyindən qəti cavab, üzr, kompensasiya tələb etdi. Amma təəssüf ki, hələ Rusiya imperatorundan gözlənilən nəticə əldə olunmayıb...

Müstəqilliyimizin bərpasından keçən son 34 ildə də üzümüzə gülməsinə, dövlət başçılarımızı, nazirlərimizi qucaqlayıb bağrına basmasına onları mükafatlandırmasına rəğmən Moskva bizə qarşı elə orta əsrlərdəki eyni münasibəti bəsləyib və bəsləməkdədir. Müstəqillik dövrünün hər anı, hər günü, hər ayı, hər ili Rusiyanın Azərbaycanda arxivləri açılmamış və neft-qaz, korrupsiya pulları sayəsində daha da gücləndirilmiş kəşfiyyat-agentura şəbəkəsinin və ən yüksək vəzifələrədək dırmanmış “5-ci kalonu”nun çeşidli zərbələri ilə üz-üzə qalıb... Məhz həmin zərbələr sayəsində bu gün xalqımız nefti-qazından əlavə, bir çox yeraltı-yerüstü sərvəti olan, eyni zamanda ruhi, əqli potensiala, qədim mədəniyyətə, ədəbiyyata, incəsənətə və s. malik bir topluma layiq səviyyədə dolana bilmir. Bu gün – müstəqilliyimizin 35-ci ilinə qədəm doyduğumuz bir vaxtda istər iqtisadiyyatımızın, sənayemizin, kənd təsərrüfatımızın, istər elmimizin, təhsilimizin, səhiyyəmizin və s. arzuolunan, çağdaş dünya standartlarına heç olmasa yaxın bir səviyyədə olmamasının əsas səbəbi məhz Rusiyanın sözügedən dayaqları sayəsində formalaşmış və kökü sovet dövrünə gedib çıxan nəhəng “KQB”-“FSB”-korrupsiya şəbəkəsinin xalqımızın müflisləşməsinə, manqurtlaşmasına və son nəticədə məhvinə yönəlmiş hiyləgər, manipulyativ, məkrli, amansız əməlləridir... 

Bu gün ölkədə milyardların talanması göz önündədir. Kimsə deyə bilər ki, bu, yalandı? Kimlərləsə şəxsi qərəzliyim olması və ya sifarişlə yazdığım düşünülməsin deyə, konkret adlar çəkmirəm... Zindan və ya villa dustağı edilmiş, yaxud vəzifədən azad edilmiş Prezident Administrasiyasının keçmiş rəhbərindən üzü aşağı, sabiq MTN rəhbəri, sosial müdafiə naziri, mədəniyyət naziri, onlarla keçmiş icra başçısı və s. məmurlardan hansı tərpədildi –altından azı on milyonlar – milyardlar çıxır... Bu silsilə bu günün özündə davam edtməkdədir...  

Bütün bu sadalananların yanında son təyyarə faciəsi çox kiçik bir zərbədir. Hərçənd Kremlin onunla bağlı da bizimlə oyun oynaması, manipulyasiya etməsi yenə də ölkəmizdəki şəbəkələrin, “5-ci kalon”un vasitəsilədir...

Odur ki, 30 ildən çoxdur təkrar etdiyimiz bir məsələni bir daha təkrar etməyə məcburam: Milli(!) Məclis təcili “Lüstrasiya haqda” qanun qəbul etməli, “KQB” arxivləri açılmalı, korrupsioner və talançılara qarşı kütləvi cinayət işləri açılaması və onların həbsi ilə paralel sovet dövründən özləri və ya sonradan övladları, digər ailə üzvləri şantaj edilərək Rusiya kəşfiyyatı tərəfindən ələ alınmış vəzifəli şəxslər müəyyənləşdirilərək həm vəzifədən, həm ümumiyyətlə siyasi fəaliyyətdən uzaqlaşdırılmalı və qanunla, heç bir güzəşt edilmədən(ev dustağı-filan yox) sərt cəzalandırılmalıdırlar... Əks halda, rəhmətlik Balış əmi demiş, ömürlərimizdən hələ çox günlər, çox 6 aylar, çox belə illər keçəcək və çoxumuz bu həyatın minimal normalarına uyğun yaşam görmədən, normal maaş, pensiya almadan, xirtdəyəcən borcun, sələmin, kreditin içində, evsiz-eşiksiz bu dünyadan köçəcəyik... Və Rusiya imperiyası nə bizdən üzr istəyəcək, nə də vurduğu zərərlərə görə kompensasiya ödəyəcək... Hətta bir təyyarə faciəsinə görə gözdən pərdə asmaq üçün kompensasiya ödəsə belə, Kremlin şəbəkələri, “5-ci kalon”u ölkəmizdə qaldıqca xalqımıza, müstəqilliyimizə, suverenliyimizə zərbələri davam edəcək...

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Dekabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri