Icma.az
close
up
RU
Ömrün pulun arxasınca lökküməklə keçir

Ömrün pulun arxasınca lökküməklə keçir

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Dünən (Ziqmund) Freydin Amerika (ABŞ) haqqında dediyi "Amerika mədəniyyəti insana puldan başqa heç nə verə bilməz" fikrini paylaşdım. Yazılan şərhlərdə bir xeyli insanımızın pulu özü üçün ilahiləşdirdiyinin, ali dəyərə çevirdiyinin şahidi oldum. Bu halın özü Freydin fikrinin təsdiqi idi. 

Ölkə.Az-ın məlumatına görə, bu sözləri tanınmış yazıçı Aqşin Yenisey yazıb.

O bildirib ki, pul dəyər deyil, dəyər yaradan alətdir, vasitədir: "Biz pulu dəyərin yerinə qoyaraq dəyər yarada bilmərik, necə ki bilmirik. Pulu dəyər hesab etdiyimiz müddətcə də dəyər yarada bilməyəcəyik". 

Yazıçı "kapital" sözündən misal çəkərək qeyd edib ki, bu, latınca "kaput" sözündəndir: "Bu kəlmə antik Avropada naxırdakı heyvan sayını bildirirdi. Yəni sənin naxırında nə qədər çox baş heyvanın vardısa, o qədər varlı hesab olunurdun".

A.Yenisey yunan mədəniyyətini nümunə göstərərək onun necə yarandığını izah edib: "Varlı olmaq boş vaxtının çox olması deməkdir. Boş vaxt isə düşünmək üçün vaxt qazanmaqdır. Yunan aristokratları boş vaxtlarına “skhole” (indiki şkol, məktəb) deyirdilər və boş vaxtlarında yığışıb pul haqqında deyil, kainat, varlıq, tanrılar haqqında müzakirələr aparırdılar. Nəticədə ortaya Yunan mədəniyyəti çıxdı. Pul mədəniyyətin yaranması üçün alətdir, mədəniyyətin məqsədi pul qazanmaq olanda insanın boş vaxtı qalmır. Boş vaxtı olmayan da düşünə bilmir, düşünə bilməyən də mədəniyyət yarada bilməz".

Onun sözlərinə görə, Amerika əvvəlcə pulu alət olmaqdan çıxarıb dəyərə çevirir, sonra süni bir külək əsdirərək dəyərə çevirdiyi pulu havaya sovurub aparır: "Səni də onun arxasınca qaçmağa vadar edir. Çünki küləyin apardığı sənin üçün, sadəcə, kağız parçası deyil, bir dəyərdir. Beləliklə, bütün ömrün pulun arxasınca lökküməklə (əsiri olmaq) keçir. 

Bu gün süni zəka ilə münasibətdə də oxşar hal baş verir. Kim ki süni zəkanı bir alət kimi görür, o mədəniyyət yaradacaq və dünyaya ağalıq edəcək. Kim ki onu həqiqi zəkanın yerinə qoyub dəyərə çevirəcək o məzlum olacaq. 

Amerikadan qayıdan Freyd bunu deyirdi avropalı yəhudilərə ki, "ne day boq" (rus dilində: Allah eləməsin) Amerikanın tələsinə düşəsiniz. Pulu dəyərə çevirsəniz, siz Amerikanın olacaqsınız, yox, əgər pulu alət kimi görsəniz, o zaman Amerika, yəni yeni dünya sizin olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Dekabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri