Icma.az
close
up
RU
Ömrün doxsanıncı zirvəsi!

Ömrün doxsanıncı zirvəsi!

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

İmran Əbilov – 90

Onun haqqında çoxdan yazmaq istəyirdim. O həm də mənə rəhmətlik Şirvan dayımın yadigarıdır. Bu dəyərli insanın 90 illik olduqca zəngin bir ömür kitabını bir qəzet səhifəsinə sığdırmaq da olduqca çətin işdir axı. Ömür var uzun illər yaşansada, cəmi bir neçə sətirlə ötüb keçirsən, ömür də var ki, o qədər zəngin və mənalıdır ki, hardan başlayıb harda bitirəcəyini bilmirsən. İmran Əbilovun mənalı və zəngin ömür yolu kimi…
Onun keçdiyi ömür yolu həm zəhmətkeş və ləyaqətli övlad, həm əlaçı və işgüzar tələbə, həm vicanlı və qanunlara son dərəcə sevgisi olan ləyaqətli məmur, həm də ömrün 90 illik zirvəsində qat-qat dəyərli AĞSAQQALIQ ilə nümunəvi ömür kitabıdır. Kitablarda yazıldığı kimi, İmran Rəşid oğlu Əbilovun ömür dərsliyi hər bir insan üçün şəxsiyyətin həyatında qazandığı nüfuzun zirvə nöqtəsi, arzu etdiyi mərtəbə, ucalıq nümunəsidir. Bu yazdıqlarım qəti tərif deyil, əsl həqiqətdir. Kimdir İmran Rəşid oğlu Əbilov?

23 oktyabr 1935-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub İmran Əbilov. 1953-cü ildə Lənkəran Pedaqoji Texnikumunu bitirib, Boradigahda müəllim kimi fəaliyyətə başlayıb. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü ilə bitirib, Həsənli kəndindəki "Şən həyat" kolxozunda baş zootexnik işləyib. 1960-1962-ci illərdə Masallı RPK-da təlimatçı, Masallı RKK-nın birinci katibi, 1962-ci ilin mart ayından Azərbaycan LKGİ MK-nin təşkilatçısı, 1963-1969-cu illərdə Masallı rayon Kənd Təsərrüfatı İstehsalat idarəsinin rəisi vəzifələrində olub.

1969-1991-ci illərdə Azərbaycan kənd təsərrüfatı nazirinin müavini, Dövlət Sənaye Komitəsinin sədr müavini, 1991-ci ildən Azərquşsənaye Dövlət şirkətində vitse-prezident işləyib. 1997-ci ildən Nazirlər Kabinetində Aqrar-sənaye şöbəsində baş məsləhətçi kimi fəaliyyət göstərib. 2011-ci ildən dövlət qulluğu təqaüdçüsüdür.
O, Respublika Ağsaqqallar Şurası idarə heyətinin üzvü, Qarabağ Müharibəsi və Əmək veteranı, Respublikanın Əməkdar Kənd Təsərrüfatı işçisidir. "Xalqlar dostluğu", iki "Şərəf Nişanı" ordeni və bir sıra medallarla təltif olunub. Onu bu gün ölkəmizdə zəhmət və maarif yolu ilə addımlayan ziyalı, ictimai xadim, dəyərli kənd təcərrüfatı mütəxəssisi kimi tanıyırlar.

İmran Əbilov o zamankı SSRİ miqyasında təcrübəli mütəxəssis kimi də yüksək qiymətləndirilir, ona böyük etimad göstərilirdi. Onun rəhbərlik etdiyi nümayəndə heyətləri təkcə ölkəmizin deyil, bütövlükdə SSRİ-nin kənd təsərrüfatı sahəsindəki mövqeyini ifadə edirdi. 1970-ci ildə Gürcüstanda keçirilən Kolxozçular qurultayına Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi qatılan İmran müəllim, 1978-ci ildə Hindistanda təşkil olunan Beynəlxalq Camışçılıq Simpoziumunda artıq Sovet nümayəndə heyətinə rəhbərlik edirdi. 1979-cu ildə İsveçdə ölkəmizə həsr olunmuş ongünlük mədəni və iqtisadi tədbirlərdə iştirak etməsi, 1985-ci ildə isə Misirdə keçirilən Ümumdünya Camışçılıq Konqresində Sovetlər İttifaqını təmsil edən yeganə nümayəndə kimi çıxış etməsi onun beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini sübut edirdi.

Ulu Öndərlə görüş…

İmran Əbilov yaddaşının ən işıqlı simaları arasında dahi şəxsiyyət Heydər Əliyevi yaşadır. 1969-cu ildən başlayan görüşlərini ən kiçik incəliklərinə kimi qələmə alıb: "1969-cu ilin iyununda nazir müavini kimi fəaliyyətə başlayandan bir ay sonra Heydər Əliyev hakimiyyətə gəldi. Sonrakı fəaliyyətimin əsas hissəsi bu dahi şəxsiyyətin rəhbərliyi altında oldu. Yaxşı bilirdik ki, H.Əliyevlə hər hansı bir məsələ haqqında danışmaq üçün ciddi hazırlaşmaq lazımdır. İlk kəlmələrindən bilirdi ki, işin içindəsən, ya yox. Danışanda hər sözünə diqqət yetirməli idin. Lakin müsahibinə elə şərait yaradırdı, adam özünü sərbəst hiss edir, fikrini tam bildirirdi... Yaddaşı haqqında isə əfsanələr danışmaq olar. 1979-cu ilin yayında Bərdədə kənd təsərrüfatı işçilərinin zona müşavirəsi keçirilməli idi. Nazir Məmməd Əsgərov Heydər Əliyevin Bərdəyə gedəcəyini, Kirov adına sovxozun fermasına baxacağını söylədi və mənim orda hazırlıq işlərinə başlamağımı tapşırdı. Bir gün əvvəl fermada olub hazırlıq işləri gördük. Ertəsi gün respublika rəhbəri əlaqədar nazir və katiblərlə fermaya gəldi. Hamımız ağ xalatda Heydər Əliyevi qarşıladıq.
Bərdənin raykom katibi Rüstəm Səfərəliyev məni respublika başçısına təqdim edərək – nazir müavinidir – dedi. Heydər Əliyev Səfərəliyev tərəfə döndü və bir qədər acıqla dedi: "Deyirsən mən nazir müavini Əbilovu tanımıram?” .

Səməd Vurğuna yazdığı məktub…

İmran müəllim gənclik illərindən həm də əla qələmi olan gənc jurnalist kimi də özünü sınayıb. Pedaqoji Texnikumda oxuduğu illərdə "Komsomol yolu” qəzetinin redaktoru olur. Sevimli müəllimi "Ülvi” təxəllüslü Qüdrət Xəlilov tələbələrə hər zaman ruh verir. Əlaçı, istedadlı tələbə İmrana isə xüsusi diqqət göstərir. Günlərin birində Qüdrət müəllim İmrana Səməd Vurğuna məktub yazmağı tapşırır. İmran böyük şairə məktub yazır və divar qəzetlərinə nəsihət və tövsiyələrini yazmasını xahiş edir. Amma inanmır ki, nəinki Azərbaycanda sevilən, Sovetlər İttifaqında tanınan şair ona cavab yazmağa vaxt tapa. Lakin dahilər hər zaman böyük insani xüsusiyyətləri ilə yaşayırlar tarixdə. Bir də eşidir ki, texnikumun direktoru onu axtarır. Xalq şairi Azərbaycan Yazıçılar İttifaqının xüsusi zərfi ilə tələbəyə cavab göndərir. Zərfdə iki məktub olur – birinci məktub şəxsən İmrana, ikincisi divar qəzetinə. Xalq şairinin məktubları nəinki İmranın, texnikumun tarixində hadisəyə çevrilir. Bu hadisə yerli qəzetdə də işıqlandırılır. İmran üçün ikinci unudulmaz hal o idi ki, məktubu Səməd Vurğun onun doğum günündə - 23 oktyabr 1952-ci ildə imzalamışdı... 1955-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunda oxuyarkən tələbələrin görüşündə Səməd Vurğunla şəxsən tanış olur. Tələbə yoldaşlarına şairlə məktublaşmasını qürurla söyləyir (həmin məktub Səməd Vurğunun ev muzeyində qorunur – S.Ə.). Tələbələrlə görüşə Səməd Vurğunla yanaşı, bütün türk dünyasının sevimli şairi Nazim Hikmət də gəlibmiş. Görüşdə şairin yaradıcılığı haqqında İmran Əbilov məruzə edir və "Oğlum Mehmete” adlı şeirini söyləyir. Yaradıcılığı haqqında ətraflı məruzə və şeirdən mütəəssir olan Nazim Hikmət İmranı bağrına basıb öpür.

Poeziya nəhəngi Rəsul Rza, ədəbi tənqidin atası sayılan Mehdi Hüseynlə Qızılağac Dövlət Qoruğunda quş, balıq ovladıqlarını xoş xatirələrlə anır. Məşhur simalardan İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Vəli Axundov, Maqsud Əlizadə, İmamverdi Əbilov, İsmayıl Dağıstanlı, Habil Əliyevlə ömürlərinin sonuna kimi dostluq münasibətində olub.

LƏYAQƏTLI VƏTƏNDAŞ!

İ.Əbilov həm də doğma vətənimizin ərazi bütövlüyü üçün canını əsirgəmədən ön cəbhədə olan LƏYAQƏTLI VƏTƏNDAŞDIR. Birinci Qarabağ müharibəsinin qazisi olaraq, Vətənə bağlılığı və torpağa sədaqəti ilə daim seçilmişdir. O, 44 günlük Vətən müharibəsi zamanı da bu mövqeyindən geri çəkilməmiş, xüsusilə gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasında fəal iştirak etmişdir. İmran Əbilovovun keçdiyi həyat yolu, mübarizə təcrübəsi və milli dəyərlərə bağlılığı bu işdə əsas örnək rolunu oynamışdır. İmran müəllim bu mühüm missiyanı bu gün də davam etdirir, gənc nəslə vətən sevgisi, milli ruh və dövlətə sədaqət hisslərinin aşılanmasında yorulmadan çalışır. 90 illik ömür zirvəniz mübarək İmran müəllim. 100 yaşda görüşənədək!

Mətləb Salahov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see233

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see215

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see202

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see192

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see189

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see183

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see182

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see176

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see175

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see170

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see166

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see166

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see164

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see162

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see158

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see158

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see157

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see157

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see147

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri