Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Bir ömrün arxasınca qalan ülviyyət... Nicat Kolan yazır

Bir ömrün arxasınca qalan ülviyyət... Nicat Kolan yazır

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Professor Qurban Bayramovun əziz xatirəsinə

Yaşamaq sadəcə nəfəs almaq, günləri bir-birinin ardınca yola salmaq deyil... Yaşamaq həm də bir ömür boyunca insanların qəlbində yer etmək, xoş xatirələrə çevrilmək, özündən sonra iz qoymaqdır. İnsan dünyaya gələndə onun üçün bir ömür başlanır, dünyadan köçəndə isə bəzən əslində ikinci ömrü başlayır – onu tanıyanların yaddaşında, xatirələrində, ürəklərində yaşamaq ömrü...

Çünki bəzi insanlar təkcə öz ömürlərini yaşamır, bütöv bir mənəvi dünyanın daşıyıcısına çevrilirlər. Onların yaddaşında illərin təcrübəsi, söhbətlərində həyatın hikməti, davranışlarında isə insanlığın ən gözəl çalarları yaşayır. Belə şəxsiyyətlər dünyadan köçəndə yalnız bir doğmanı deyil, sanki bütöv bir aləmi itirirsən. Onların yoxluğu ilə bir dövrün səsi, söhbətlərin istiliyi, doğmalığın nəfəsi də əskilir.

“Bir alim öldü, bir aləm öldü” – deyiblər...Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Ədəbiyyatşünas alim, professor Qurban Bayramov haqqın dərgahına qovuşdu.1946-cı il mayın 30-da Ağdamın Əlimədətli kəndində dünyaya göz açan Qurban Fərman oğlu Bayramov ömrünü sözə, ədəbiyyata və elmə həsr etmişdi. Filologiya üzrə fəlsəfə doktoru, professor, tanınmış ədəbiyyatşünas və tənqidçi kimi Azərbaycan ədəbi mühitində özünəməxsus mövqeyə sahib idi. Uzun illər AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışan alim elmi fəaliyyətinin mühüm bir hissəsini Səməd Vurğun yaradıcılığının araşdırılmasına həsr etmiş, vurğunşünaslığın inkişafına dəyərli töhfələr vermişdi. “Vurğun poeziyası” və “Lirik qəhrəman və zaman” kimi əsərləri onun bu sahədəki tədqiqatlarının mühüm nümunələrindəndir. Bununla yanaşı, Azərbaycan ədəbiyyatının müxtəlif nümayəndələrinin yaradıcılığına dair araşdırmaları ilə də zəngin elmi irs qoyub...Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü , Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü idi...

Qurban müəllim Allahın ona bəxş etdiyi ömür payını kişi kimi, ləyaqətlə yaşayanlardan oldu. Onun özünəməxsus bir dünyası vardı. Bu ömrü təkcə elmin, sözün, ədəbiyyatın keşiyində dayanmaqla deyil, insanlara münasibəti, səmimiyyəti və nəcib davranışı ilə də mənalandırdı.

O, alim adını yalnız elmi fəaliyyəti ilə deyil, şəxsiyyəti ilə də doğruldan insanlardan idi. Onunla ünsiyyətdə olanlar yaxşı bilirlər ki, Qurban müəllimin nüfuzu yalnız biliyindən və elmi sanbalından qaynaqlanmırdı. Sadəliyi, təvazökarlığı, insanlara doğma münasibəti onu ətrafındakılara daha da yaxın edirdi.

 Qurban Bayramov həm də özünəməxsus yumor hissi olan, zarafatı sevən, söhbətinə duz qatmağı bacaran bir insan idi. Onun zarafatlarında heç vaxt kimisə incitmək, xətrinə dəymək niyyəti olmazdı. Elə bir səmimiyyətlə zarafat edərdi ki, qarşısındakı insan incimək əvəzinə onunla birlikdə gülərdi. Bəlkə də, onun ən gözəl xüsusiyyətlərindən biri elə bu idi: insanlara xoş ovqat bəxş etməyi, bir anın içində könülləri açmağı bacarırdı.

Onunla ünsiyyətdə olanda alimlə deyil, doğma bir insanla söhbət etdiyini hiss edirdin. Onun söhbətlərindəki istilik, zarafatlarındakı incəlik yaddaşlarda silinməz iz buraxırdı. İndi isə həmin söhbətlərin yerini dərin bir nisgil alır.

Sonradan anlayırsan ki, bəzən ən qiymətli xatirələr böyük hadisələrdən deyil, bir insanın adi söhbətindən, zarafatından, təbəssümündən yaranır. Bəzən bir şəxsiyyətin dəyərini anlatmaq üçün uzun-uzadı sözlərə ehtiyac qalmır. Onun haqqında danışanların üzündə yaranan təbəssüm, yaddaşlarda qorunan xoş xatirələr hər şeyi deyir...

Bu ilin may ayında dəyərli professorun 80 illik yubileyi münasibətilə onun haqqında bir təbrik yazısı qələmə almışdım. Yazıya görə mənə minnətdarlığını bildirəndə elə bir söz dedi ki, həmin an bu sözlərin yaddaşımda belə dərin iz qoyacağını bəlkə də düşünmürdüm: “Sənin qələmində bir işıq var, onu söndürmə. Sən bu nəslin ədəbi yolunu davam etdirməlisən”. Bu sözlər mənim üçün adi bir tərifdən qat-qat artıq idi. Sözün, qələmin və ədəbiyyatın qədrini bilən bir alimin mənə ünvanladığı bu fikir bu gün qəlbimdə əziz bir xatirə, həm də mənəvi əmanət kimi yaşayır.

İnsanın həyatda qazandığı ən böyük sərvət nə mal-mülk, nə də tutduğu vəzifədir. Əsl sərvət onun arxasınca deyilən xoş sözlər, yoxluğunda duyulan boşluq, xatirəsini yaşatmaq istəyən insanların sevgisidir. Qurban müəllimin son mənzilə yola salındığı gün bir daha şahidi olduq ki, o, təkcə bir ailənin, bir nəslin deyil, onu tanıyan çoxsaylı insanların qəlbində özünə xüsusi yer etmişdi. Həmin gün səslənən vida sözləri də bu sevginin, illərin dostluğunun və səmimi münasibətlərin ifadəsi idi...

Dəfn mərasimində uşaqlıq dostu İsa Qaraşovun söylədiyi bir neçə kəlmə isə sanki hamımızın ürəyindən keçənləri ifadə edirdi: “Əziz dost, sən rahat uyu...Bil ki, hər zaman qəlbimizdə əziz bir insan kimi yaşayacaqsan, səni heç vaxt unutmayacağıq...” Bu sözlərdə illərin dostluğu, bir ömrün xatirələri, ayrılığın ağrısı və unudulmayacağına verilən söz vardı. Bəlkə də, insan üçün bundan böyük təsəlli yoxdur: dünyadan köçsə də, sevdiklərinin yaddaşında yaşamaq, adı çəkiləndə üzlərdə təbəssüm, ürəklərdə nisgil oyatmaq...Qurban müəllim də məhz belə insanlardan idi. Onun yoxluğu hiss olunacaq, söhbətləri, zarafatları, səmimi münasibəti daim xatırlanacaq...

Ömür sona yetir, amma insanın qoyub getdiyi iz zamanla silinmir. Qurban müəllim də özündən sonra zəngin elmi irs, gözəl xatirələr, onu sevən insanların qəlbində əbədi yaşayacaq bir doğmalıq qoyub getdi. İndi onun səsini eşitməyəcəyik, zarafatlarına qoşulub gülməyəcəyik, amma xatirəsi hər zaman bizimlə olacaq. Bəzi insanlar həyatdan köçsələr də, yaddaşlardan köçmürlər...Babasının adını daşıyan Qurban müəllim, böyük bir nəslin adını, sanbalını və mənəvi bütövlüyünü yaşadan ağsaqqal kimi yaddaşlarda qalacaq.

“Əziz Qurban müəllim, ömür yolun sona çatsa da, səninlə başlayan xatirələr bitməyəcək. Sən artıq dünənimizin əziz xatirəsi, sabahımızın isə unudulmaz adı oldun. Ruhun şad olsun!”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Noyabr 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see657

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see467

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see329

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see326

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see325

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see312

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see295

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see277

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see267

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see251

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see242

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see236

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see229

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see229

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see225

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see209

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see206

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see202

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see196

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri