Icma.az
close
up
RU
Ömründə yalnız bir dəfə çiçək açan ağac: 80 ildən bir baş verən möcüzə

Ömründə yalnız bir dəfə çiçək açan ağac: 80 ildən bir baş verən möcüzə

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Hindistan və Şri-Lankaya məxsus talipot palmyeləri dünyada ən qeyri-adi bitki növlərindən biri hesab olunur. Səbəbi isə sadədir: bu nəhəng ağaclar ömürləri boyunca cəmi bir dəfə çiçək açır və həmin çiçəklənmədən sonra tədricən ölür.

Milli.Az xəbər verir ki, hazırda bu nadir təbiət hadisəsi Braziliyanın Rio-de-Janeyro şəhərində baş verir. 1960-cı illərdə məşhur landşaft memarı Roberto Burle Marx tərəfindən Flamengo Parkında əkilmiş talipot palmyeləri uzun illər boyu səssizcə böyüdükdən sonra indi milyonlarla çiçəklə örtülərək möhtəşəm bir mənzərə yaradıb. Şəhər sakinləri və botanika həvəskarları bu əvəzsiz hadisəni görmək üçün parka axışır, çünki bunun bir daha şahidi olmaq demək olar ki, mümkün deyil.

Talipot palmyesi 40-80 il yaşayan bir növdür. Çiçəklənmə vaxtı çatdıqda ağacın zirvəsində böyük bir çiçək salxımı yaranır və bu salxım milyonlarla krem-ağ çiçəklə örtülür. Çiçəklər yarpaqların çox üzərinə qalxaraq ağaca tac görüntüsü verir.

Ağac çiçəkləndikdən sonra onun həyat dövrü bitir. Lakin çiçəklərdən yaranan meyvələr yeni talipot fidanlarının yetişməsinə imkan yaradır və bu nəhəng təbiət dövrü beləliklə davam edir.

Rio sakini olan inşaat mühəndisi Vinisius Vanni ağacların gələcək nəsillərə qalması üçün çiçəklənmədən sonra yaranacaq toxumları toplamağı planlaşdırır. O, deyir: "Yəqin ki, onların yenidən çiçək açdığını heç vaxt görə bilməyəcəyəm, amma gələcək nəsillər üçün burada olacaqlar."

Talipot palmyeləri yalnız Flamengo Parkında deyil, Rio Botanika Bağında da mövcuddur. Hər iki ərazidə ağacların eyni vaxtda çiçək açması mütəxəssislərə görə təəccüblü deyil. Rio de Janeiro Dövlət Universitetinin bioloqu Aline Saavedra bunun səbəbini belə izah edir: palmyelər eyni işıq və mövsüm dövrlərinə məruz qaldıqları üçün çiçəklənmə də sinxron şəkildə baş verir.

Saavedra həmçinin vurğulayıb ki, talipot palmyeləri Braziliyada invaziv növ yaratmır. Çox yavaş böyüdüklərinə görə yerli ekosistemi təhdid etmirlər. Buna baxmayaraq, ölkənin ciddi ekoloji qanunları başqa qitələrdən gətirilən növlərin nəzarətli şəkildə daşınmasını tələb edir.

Talipot palmyesinin çiçəklənməsi botanika dünyasında mühüm hadisə sayılır. Bu ağaclar 30 metrə qədər uzana bilir və ömürlərində cəmi bir dəfə çiçəklənərək təxminən 25 milyon çiçək yaradırlar. Bu nəhəng çiçək salxımı dünyada ən böyük çiçək quruluşlarından biri kimi qəbul edilir və talipotu digər palmyelərdən fərqləndirən ən təsirli xüsusiyyətlərdən biridir.

Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Dekabr 2025 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri