Icma.az
close
up
RU
Qışın qoynunda çiçək açan Gəncə

Qışın qoynunda çiçək açan Gəncə

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsində yerləşən istixanalarda qış mövsümünə hazırlıq işləri yüksək templə davam etdirilir. Yaz aylarında şəhərin park və küçələrini bəzəyəcək güllərin yetişdirilməsi məqsədilə istixanalarda ardıcıl və planlı aqrotexniki tədbirlər həyata keçirilir.

Yaz mövsümündən etibarən şəhər ərazisinə köçürülməsi nəzərdə tutulan güllərin qablaşdırılması və köçürülməsi prosesi artıq başlanılıb. Hazırda istixanalarda primula, geran, levkoy, siklomen, pion və digər dekorativ gül növlərinin şitilləri xırda qablardan iri ölçülü qablara köçürülür. Bu mərhələ bitkilərin sağlam inkişafı və güclü kök sistemi formalaşdırması baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə Gülçülük sahəsində toxumdan əldə edilən 150 minə yaxın müxtəlif növ gül şitili becərilir və bu proses fasiləsiz olaraq davam etdirilir. Eyni zamanda yanvar ayında əkilməsi planlaşdırılan, yay mövsümünədək inkişaf edəcək güllərin toxumları da əvvəlcədən tədarük olunub və yaxın günlərdə onların əkini həyata keçiriləcək.

Qeyd edək ki, MKTİB-nin Gülçülük sahəsində çalışan ixtisaslı bağbanlar tərəfindən toxumdan yetişdirilən şitillər kök verdikdən sonra münbit torf, torpaq və kokobit qarışıqlı xüsusi qablara əkilir. Qış mövsümündə güllərə xüsusi aqrotexniki qulluq göstərilir, vegetasiya dövrü istixana şəraitində təmin olunur.

Beləliklə, qış boyunca böyük zəhmətlə yetişdirilən güllər yaz aylarında Gəncə şəhərinin küçə, park və meydanlarında əkilərək şəhərin yaşıllıq örtüyünü daha da zənginləşdirəcək.

Onu da vurğulamaq yerinə düşər ki, MKTİB-nin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsində əkilib-becərilən ağac tingləri, dekorativ kollar və gül-çiçək bitkiləri mövsümdən asılı olmayaraq Gəncənin estetik görünüşünə xüsusi gözəllik qatır, şəhərin daha abad və füsunkar simada təqdim olunmasına töhfə verir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri


Gəncə hava proqnozu həftəlik
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri