Icma.az
close
up
RU
Ömrünü xalqın xoşbəxtliyinə həsr edən Ümummilli Lider

Ömrünü xalqın xoşbəxtliyinə həsr edən Ümummilli Lider

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Ümummill Liderimiz Heydər Əliyev müasir dünya tarixinə, parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka və fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi kimi düşmüşdür. Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr vermişdir.

Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan, müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz milli sərvətimizdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Azərbaycanlı olmağını özünün qürur mənbəyi hesab edən Ulu Öndər Heydər Əliyev: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" deyərək milli qürur hissini, vətənpərvərliyin ən böyük nümunəsini, ən dəyərli sözünü ifadə etmişdir. "Mən Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycan kimi vətənim olduğuna, Azərbaycanı təmsil etdiyimə görə özümü xoşbəxt saymışam" söyləyərək xalqını, vətənini öymüş, bundan qürurlanmışdır. Bu gün Azərbaycan xalqı da fəxr edir ki, onun Heydər Əliyev kimi qüdrətli, həmişəyaşar Ulu Öndəri var.

Müstəqil Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Ümummilli Liderimiz deyirdi: "Mənim tərcümeyi-halım Azərbaycana həsr etdiyim həyatım, fəaliyyətim, əməllərimdir". Onun üçün Vətən hər şeydən üstün idi. Doğma Azərbaycanımızı böyük məhəbbətlə sevən bu dahi şəxsiyyət "Anam məni Azərbaycan üçün dünyaya gətirib" söyləyirdi və həyatını onun yolunda sərf edərək bunu bir insan ömrünə sığmayan ölçüyəgəlməz fəaliyyətində sübut etdi. 

Azərbaycanı canı qədər sevən, onu müstəqil və daim inkişafda görmək istəyən, adı Vətən simvoluna çevrilmiş Heydər Əliyevin mənalı ömür yolunun hər anı bugünkü və gələcək nəsillərə, millətini, vətənini sevən hər kəsə ibrət məktəbi olmalıdır. Onun dövlətçilik, vətənpərvərlik, dil, mədəniyyət, vicdan azadlığı, iqtisadiyyat, elm konsepsiyaları bugünkü inkişafımızın təməlini təşkil edir.  Bu dahi şəxsiyyətin Vətən sevgisi Azərbaycanlıların vətənpərvərlik hissinin daha da yüksəlməsində əvəzsiz örnəyə çevrilmişdir. Onun fikrincə, vətənpərvərlik hissi tariximizə, doğma torpaqlarımıza bağlılıqdan, onları düşmənlərdən qorumaqdan başlayır: "Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa şeyləri də qiymətləndirə bilməzsən”. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində müstəqil Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan yolları müəyyən etdi. Azərbaycanlı olmağın nə demək olduğunu, onun müqəddəs mənasını böyük ustalıqla xalqımıza çatdırdı: "Hər bir insan ilk növbədə anasını, vətənini, torpağını, millətini sevməli, bu hisslərlə yaşamalıdır. Vətənini, torpağını, dövlətini, öz müstəqil Azərbaycanını qorumaq öz ata-anasını qorumaq deməkdir, evini qorumaq deməkdir. Xalqımızın, Vətənimizin, respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir". 

Ümummilli Lider Heydər Əliyev hər zaman xalqımızın işğal altında olan torpaqlarımızı azad edə biləcəyini əminliklə söyləyirdi. Çünki bu millət üçün Vətən, torpaq anlayışının müqəddəs olduğunu, ulu babalarımızın Vətən torpağının hər qarışını qeyrət simvolu kimi qoruduğunu, onun yolunda öz canlarını, övladlarını qurban verməkdən çəkinmədiklərini bilirdi. Onun ən böyük arzusu qurub-yaratdığı müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. 

Məhz, ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində beynəlxalq aləmdə Ermənistan işğalçı dövlət kimi rəsmən tanındı.  Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı dəfələrlə beynəlxalq sənədlərdə öz əksini tapdı. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul edildi. Bu sənədlərdə Azərbaycan ərazilərinin işğalı faktı təsdiq edilərək o zaman Dağlıq Qarabağ adlandırılan doğma ata-baba torpaqlarımızın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanırdı və işğalçı qüvvələrin torpaqlarımızdan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.  Ermənistan BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinin şərtlərini yerinə yetirməsə də, Azərbaycan Ermənistan üzərində diplomatik qələbə qazandı. 

Dünya Azərbaycanlılarının həmrəyliyini təmin edən Ulu Öndərin Azərbaycan xalqının gücünün bir yerə toplanması, hamının bir hədəfə vurması fikri reallığa çevrildi. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclənən, daha da sıx birləşən Azərbaycan xalqı öz gücünü, iradəsini bir yerə topladı və "dəmir yumruğ"a çevrildi. Bu, Zəfərə gedən bir yol idi. 2020-ci ilin 27 sentyabrından 8 noyabrına doğru gedən bu yol cəmi 44 gün, 2023-cü ilin sentyabr ayında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri 23 saat 54 dəqiqə çəkdi. Heydər Əliyevin zəngin siyasi irsinə, dövlətçilik ənənələrinə və xalqımızın iradəsinə söykənən Azərbaycan Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dünyaya səs salan şanlı Qələbəmiz nəticəsində torpaqlarımız işğaldan azad edildi, haqq-ədalət öz yerini tapdı. Heydər Əliyevin başa çatdıra bilmədiyi böyük arzusunu möhtərəm Prezident İlham Əliyev uğurla həyata keçirdi. Müzəffər Azərbaycan Ordusunun Qarabağın ürəyini - qədim Şuşamızı azad etdiyi gün Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqımızı təbrik edərkən bu məsələyə də toxundu: "...Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan!"

Bu bir həqiqətdir ki, Ulu Öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək tənəzzüldən-inkişaf yoluna çıxardı. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə  Azərbaycanın daha da  inkişafı üçün geniş imkanlar yaratdı, torpaqlarımızı işğaldan azad etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-zəfərə çatdırdı.  Təsəvvür belə etmədiyimiz tarixi günləri yaşadıq. Otuz il görmək istədiyimiz, amma görə bilmədiyimiz kənd və şəhərlərdə artıq Azərbaycan bayrağı dalğalanır. Azərbaycan xalqı öz tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirdi, dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi.

Adı tarixə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyev, Müstəqil Azərbaycanın memarı, inkişaf etmiş Qüdrətli Azərbaycan isə onun şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini qəlbində və tarixdə əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu qoşa çəkiləcəkdir.

Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və əbədiyaşar ruhu qarşısında müqəddəs borcu müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə fədakarlıqla çalışmaq, xalqımızı xoşbəxt gələcəyə aparan Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə gördüyü işlərdə daim dəstəkçi olmaqdan ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see273

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see255

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see207

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see202

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see191

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see174

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see163

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see154

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see144

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see140

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see139

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see134

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see134

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see131

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see130

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see129

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see129

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see127

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see126

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri