Icma.az
close
up
RU
Ömür boyu bitməyən BƏLA İrsi xəstəliklər nə qədər TƏHLÜKƏLİDİR?

Ömür boyu bitməyən BƏLA İrsi xəstəliklər nə qədər TƏHLÜKƏLİDİR?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəstəliklərin müxtəlif törəmə səbəbləri var. Amma elə xəstəliklər var ki, onlar irsidir. Son illərdə genetik olaraq keçən xəstəliklərin sayı sürətlə artır.
Bəs irsi keçən xəstəliklər nə dərəcədə təhlükəlidir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan tanınmış həkim Abbas Bağırov deyir ki, insan dünyaya gəldikdən sonra müəyyən inkişaf dövrü keçdikdə və yaxud erkən yaşda əvvəlki  nəslində olan hər hansı bir xəstəliyin daşıyıcısı ola bilər:
“Bu xəstəliklər əgər xoromosomlarda baş verirsə, onda həmin xəstəliklər ana bətnindəykən inkişaf etməyə başlayır. Nəticədə uşaq qüsurlu doğulur. Məsələn, bir sıra xəstəliklər var ki, onları təhlil edəndə görürük ki, bu xəstəlik əvvəlki nəsildə də olub. Doğrudur, antropegen təsirlər və digər səbəblər nəticəsində orqanizmdəki hüceyrələrin inkişafında müəyyən deformasiyalar yaranır.  Gözlənilməyən əlamətləri ilə yeni xəstəliklərin yaranmasına səbəb ola bilir.
Amma bütün prosesləri izləyəndə baş verən patoloji halların hamısının genetik xarakter daşıdığını görə bilərik. İstər endokrin, istər mədə-bağırsaq, istər qan-damar, istərsə də, digər xəstəliklərin ya ata, ya da ana tərəfdən keçdiyini görürük. Bu da o deməkdir ki, nəsildə hansı xəstəlik dominantdırsa, o xəstəlik gələcək nəsilə ötürülür”.
Müsahibimiz irsi xəstəliklərlə mübarizədən də danışıb:
“Qazanılmış xəstəliklər müəyyən konservativ və cərrahi yolla müalicə olunsa da, irsən keçən xəstəliklər hər zaman həkim təqibində qalmalıdır. Çünki həmin xəstəliklərin ağırlaşmaması üçün xüsusi proqramların icrası zəruridir. Hər hansı bir orqanizmdə, toxumada xroniki xəstəlik varsa həkimdən çox, həmin xəstəliyin daşıyıcısı olan pasiyentin məsuliyyətli olması vacibdir.
Məsələn, bir şəxsin mədə-bağırsaq sistemində iltihabi proses, mədənin selikli qişasında errozi proseslər varsa, o xəstə mədədən keçən qida maddələrinin keyfiyyətinə fikir verməlidir. Həmin xəstəliyi provokasiya edən bütün faktorlardan özünü təcrid etməlidir.
 

Yaş dövründən asılı olaraq həmin şəxslər ildə 1-2 dəfə profilaktik müalicə almalı və daşıdığı xəstəliyə uyğun şəkildə mütəxəssis həkimin rəyini öyrənməlidir. Bu xəstəliyin səviyyəsindən asılı olmayaraq mütləq şəkildə  edilməlidir.


Çünki xəstəliyin müalicəsindən başqa profilaktiv müalicə də vacibdir. Profilaktik müalicə alanlarda ağırlaşma halları olmur. Unutmayaq ki, xroniki xəstələrdə immun sistemi daim təhdid altında olur. Belə xəstələrin orqanizmində virus və infeksiyalar daha rahat şəkildə inkişaf edir”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see282

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see259

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see237

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see231

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see212

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see185

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see179

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see174

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see167

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see151

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see150

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see148

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see146

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see142

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see142

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see142

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see142

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see139

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see136

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri