Sanksiyalar ikitərəfli təsirə malikdir EKSPERT RƏYİ
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sanksiyalar təbii olaraq ikitərəfli təsirə malikdir. Hər hansı bir dövlətə tətbiq edilən sanksiyalar, onunla iqtisadi münasibətdə olan digər ölkələrə də mənfi təsir göstərir. Bu təsir xüsusilə ticarət dövriyyəsində daha aydın şəkildə müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, qloballaşan müasir dünyada istənilən dövlət, adətən 100-dən artıq ölkə ilə iqtisadi əlaqələrə malikdir: "Bu səbəbdən bir dövlətə tətbiq edilən sanksiyalar, dolayısı ilə digər ölkələrin də iqtisadi maraqlarına mənfi təsir göstərir.
Hətta ABŞ kontekstində baxıldıqda, sanksiya tətbiq edilən ölkələrin iqtisadi aktivliyinin azalması və yaranan problemlər, müəyyən mənada ABŞ iqtisadiyyatına da təsir göstərir. Lakin etiraf edilməlidir ki, sanksiyaların yaratdığı təsirlər bütün tərəflər üçün eyni səviyyədə olmur. Sanksiyalara məruz qalan ölkə adətən daha ciddi və dərin təsirlərlə üzləşir; nəticədə onun iqtisadi sistemi zamanla zəifləyir və funksionallığını itirə bilər.
Nisbətən zəif iqtisadi struktura malik ölkələr bu təsirləri daha sürətli şəkildə hiss edirlər. Bununla belə, müəyyən iqtisadi və strateji resurslara sahib olan ölkələr belə, ilkin mərhələdə müqavimət göstərsələr də, uzunmüddətli dövrdə sanksiyaların mənfi təsirləri onların iqtisadiyyatında özünü büruzə verir"- deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 29 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















