Ömür payını ləyaqətlə yaşayanlar FOTOLAR
Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
Bu günlər Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının qərargahında partiyanın veteran üzvləri Əlican Mirzağa oğlu Şahbazov, Əlövsət Nəcəfəli oğlu İbadov və Daşdəmir Mirəziz oğlu Aslanovun anadan olmasının 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Bu hər üç insan demək olar həyatı dərk edən gündən xalqı, Vətəni üçün yaşayıblar. Nəcib, humanist fəaliyyətləri ilə tanınıb və böyük hörmət qazanıblar. İndinin özündə də onların gördükləri cəmiyyətin inkişafına səbəb olur. Elin döyünən qəlbi, düşünən beyni sayılan bu kamil insanlar heç kimdən öz kömək əlini əsirgəmir, hamıya düzgün yol göstərirlər.
Onu da bildirim ki, Yeni Azərbaycan Partiyasına üzv olduğu gündən görkəmli dövlət rəhbəri, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətə sadiq qalıb, yaşadığı zamanın nəbzini tutaraq insanların arasında sağlam mənəvi idealların möhəmlənməsinə çalışmış, onları nəcib məqsədlərə yönəltmişlər.
Tədbirdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, YAP Lerik rayon təşkilatının əməkdaşları Elnur Məmmədov və Elman Rəcəbov çıxışlarında yubilyarları əlamətdar gün münasibətilə təbrik edib, veteran partiya üzvlərinin ictimai-siyasi həyatda iştirakı, partiyanın fəaliyyətində xidmətləri və sədaqətləri vurğulanıb, onlara möhkəm cansağlığı, uzun ömür gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Tədbirin sonunda yubilyarlara Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 10 Oktyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















