Ömürlük dost ola biləcək bürclər
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, ömürlük ən yaxşı dost ola biləcək 4 bürc bəlli olub.
Xərçəng – Dostunun dərdini öz dərdi kimi yaşayır
Xərçənglər həssas və qayğıkeş xarakterləri ilə seçilirlər. Kənardan sərt görünsələr də, yaxınlarına qarşı olduqca mərhəmətlidirlər. Dostları çətinliklə üzləşdikdə onların problemini öz problemləri kimi qəbul edir, həll yolu tapılana qədər dəstək göstərirlər.
Qız – Acı həqiqətləri deməkdən çəkinmir
Qız bürcləri dürüstlükləri və məntiqli yanaşmaları ilə tanınırlar. Onlar dostlarına yalnız eşitmək istədiklərini deyil, ehtiyac duyduqları həqiqətləri də söyləyirlər. Bəzən sözləri sərt səslənsə də, bunu qarşı tərəfin yaxşılığı üçün etdiklərinə inanırlar.
Tərəzi – Dostlarına xüsusi qayğı göstərir
Tərəzilər dostlarının kədərlənməsinə və problemlərlə təkbaşına mübarizə aparmasına laqeyd qala bilmirlər. Münaqişələrdən uzaq durmağa çalışan bu bürc nümayəndələri çətin anlarda dostlarına dəstək olur, problemlərin həlli üçün birlikdə yollar axtarırlar. Yardımsevərlik və anlayış onların əsas xüsusiyyətləri sırasında göstərilir.
Oğlaq – Sədaqətini əməlləri ilə sübut edir
Oğlaqlar hisslərini sözlərlə ifadə etməkdə çətinlik çəksələr də, dostlarına olan sevgilərini davranışları ilə göstərirlər. Onlar etibarlı və sədaqətli dost hesab olunurlar. Gecə yarısı köməyə ehtiyac yarandıqda belə dostlarının yanında olmağa hazırdırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 03 Noyabr 2026 06:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















