Icma.az
close
up
RU
Ömürlük həbsdən azad edilən Şəmsi niyə gündəmdən düşmür?

Ömürlük həbsdən azad edilən Şəmsi niyə gündəmdən düşmür?

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanlı iş adamı Şəmsi Səmədzadənin oğlu ilə birlikdə Gürcüstanda həbs edilməsi onu yenidən gündəmə gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə oğurluqda ittiham edilən keçmiş ömürlük məhbusun ailəsi də onun qonşu ölkədə tutulmasını təsdiq edib. Maraqlıdır ki, 2022-ci ildə Prezidentin sərəncamı ilə əfv edilən 1964-cü il təvəllüdlü Şəmsi Səmədzadə azadlıqda olduğu 3 ildən artıq müddətdə artıq 2-ci dəfədir ki, xarici ölkədə cinayətdə şübhəli bilinir. Belə ki, 2024-cü ilin dekabrında onun Özbəkistanda dələduzluq əməlinə görə tutulması barədə də məlumatlar yayılmışdı.

Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, həbs edilərək ömürlük cəzaya məhkum edilib. Cəmiyyətdə o qədər də tanınmayan bu şəxsi təxminən 10 il əvvəl ilk olaraq jurnalist Mübariz Əsgərov üzə çıxardı. Onun müəllifi olduğu “Rezonans” verilişinin bir buraxılışı Şəmsi Səmədzadəyə həsr edilmişdi və cəmiyyətdə böyük marağa səbəb olmuşdu. 

Yerli mediada Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunması barədə məlumatlar yayılıb. O, verilişdə öz hekayəsini də danışıb: “Mən həbs olunanda özümün 34, böyük oğlumun 12, qızımın 7, kiçik oğlumun 4 yaşı var idi. Təəssüf ki, lazım olmayan zamanda lazım olmayan yerdə olduğum üçün buradayam. Ən böyük peşmanlığım odur ki, həmin məclisə getməməyi anam məndən tələb elədi. Atamı 23 yaşında itirdim. Tez bir zamanda müəyyən mövqeyə gəldim, amma özümü orada qoruya bilmədim.

12 il heç kimə icazə vermədim həbsxanaya gəlsin. Kaş qohumlarım kimi şəhid olaydım, anam bununla qürur duyardı, nəinki burada olmağımla”.

Bu sözlər və özünəməxsus ifadə tərzi insanlarda həbsdəki iş adamına sanki hörmət hissi yaratmış və ona böyük maraq formalaşmışdı.

Bəs necə oldu ki, 22 illik həbsdən çıxan Şəmsi Səmədzadə azadlıqdakı qısa müddətdə ardıcıl cinayətlərə bulaşdı. Həmçinin onun qeyri-etik görüntüləri internetdə yayıldı?

Mütəxəssislər bildirirlər ki, uzun müddət həbsdə olmuş şəxsin azadlığa çıxması ilə onun cəmiyyətə adaptasiya olunması çox çətindir və bu, xeyli vaxt ala bilər.

Belə ki, Şəmsi Səmədzadənin həbs olunduğu illərdə Azərbaycanda internet demək olar ki, yox idi. O, azadlığa çıxanda isə necə deyərlər, internetin hər şey olduğu bir cəmiyyətə düşdü.

İkincisi isə yazılmış və yazılmamış qanunlardır. Şəmsi Səmədzadənin bərk getdiyi 90-cı illərdəki şəraitlə, qanunlarla, şərtlərlə indiki arasında böyük uçurum var və bu reallığı dərk etmədən “Don Kixot” kimi döyüş meydanına atılan Şəmsi Səmədzadə və digər Səmədzadələr qısa vaxtda biabır olmağa məhkumdur.

Nəticə olaraq, Səmədzadə biznes ehtirasına və tezliklə varlanmaq iştahasına hakim olmalıdır. Əks halda, dəmir barmaqlıqlar onun yolunu gözləyir.

Aslan Vəliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Fevral 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri