On bir ayda əlilliyi olan şəxslərə 118 min reabilitasiya vasitəsi verilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 18 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-noyabr aylarında əlilliyi olan şəxslərə 118 min reabilitasiya vasitəsi verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 6 min 200-ü təkərli oturacaq (o cümlədən 179-u mühərrikli təkərli oturacaq), 2 min 300-ü aşağı və yuxarı ətraf protezi, 6 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 9 min 800 cüt protez və yarım cüt ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 505 korset və digər reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin 11 ayında əlilliyi olan 13 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 18 Dekabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















