Icma.az
close
up
RU
On doqquz yaşında şəhidlik zirvəsinə ucalan qaxlı qəhrəman

On doqquz yaşında şəhidlik zirvəsinə ucalan qaxlı qəhrəman

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qax, 27 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından beş il ötür. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan və 44 gün davam edən Vətən savaşında rəşadətli Azərbaycan Ordusu, ürəyində torpaq, millət sevgisi olan igid oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, mənfur düşməni əzəli torpaqlarımızdan qovublar. Müharibələr itkisiz olmur. Bu döyüşlərdə şəhidlərimiz də oldu, qazilərimiz də. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bu gün Azərbaycanın hər yerində dərin ehtiramla anılır.

Vətən müharibəsində canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Qax rayonundan olan Təbriz Əliyevdir.

AZƏRTAC-ın bölgə müxbiri şəhidin ailəsini ziyarət edib, ailə üzvləri ilə Təbrizin Vətənə olan sevgisi və döyüş yolu barədə danışıb.

Əliyev Təbriz Tofiq oğlu 2001-ci il sentyabrın 20-də Qax rayonunda anadan olub. 2019-cu ilin noyabrında həqiqi hərbi xidmətə çağırılıb, Tərtər rayonunda yerləşən hərbi hissədə xidmət edib. Vətən müharibəsi başlayanda Təbriz bir ilə yaxın idi ki, hərbi xidmətdə idi, 19 yaşı yenicə tamam olmuşdu. Müharibənin ilk günlərindən döyüşlərə qatılan Təbriz Əliyev Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. 2020-ci il oktyabrın 19-da Qax şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin atası Tofiq Əliyev oğlu barədə qürurla danışır: “Təbriz sakit təbiətli, eyni zamanda, çox işgüzar uşaq idi. Əsgərliyə getməzdən əvvəl avtomobil təmiri sexində usta köməkçisi işləyib. Ustası onun tərbiyəli, ağıllı, kamallı olduğunu bildirirdi, öz doğma qardaşı kimi hər şeyi ona etibar edirdi. Evdə olanda da nə tapşırıq verirdiksə, heç vaxt etiraz etməzdi, canla, başla işi görərdi. Əsgəri xidmətə çağırış vərəqəsi verilən vaxtı onun sevincinin həddi-hüdudu yox idi. Evə gəlib dedi ki, məni səfərbərlik xidmətinə çağırıblar, əsgər gedirəm. Xeyir-duamızı verdik, sağ get, salamat gəl dedik”.

Şəhid atasının bir anlığa səsi titrəsə də, qürurunu pozmur, söhbətinə davam edərək deyir: “Getdi əsgərliyə. Hər şey qaydasında gedirdi. Üç ay Ballıqayada xidmət etdi, sonra Tərtərə apardılar. Onu görmək üçün vaxtaşırı xidmət etdiyi hərbi hissəyə gedirdim. Xidməti çox yaxşı keçirdi, bir valideyn kimi şəraitlərindən razı idim. Pandemiya başladığı üçün axır aylar yanına gedə bilmədim, ancaq telefonla əlaqə saxlayırdım. Sonra müharibə başlandı. Zəng edib dedi ki, “ata, narahat olma, buralar çox palçıqlıdır, gələrsiniz, batıb qalarsınız. Biz təlimlərə gedib gəlirik”. Sən demə bizi arxayın salırmış. Əslində isə ön cəbhədə döyüşlərdə iştirak edirmiş. Bir müddət sonra şəhid xəbəri gəldi... Vətən sağ olsun! Fəxr edirəm ki, oğlum Təbriz Vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda canından keçib”.

Şəhidin anası Günəş Əliyeva oğlu haqqında xatirələrini bölüşərkən kövrəlir: “İki övladımız var. Təbriz birinci övladımız idi. Çox ağıllı, tərbiyəli, sakit övlad olub. Uşaq vaxtı hamımızın sevimlisi idi. Oğlum tək evdən deyil, eldən getdi. Onun yoxluğuna indi də inana bilmirəm. O, bizim, nəslimizin 19 yaşlı igidi, qəhrəmanıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bir daha müharibə olmasın, heç bir ananın gözü yaşlı qalmasın”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Təbriz Əliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri