Icma.az
close
up
RU
Yaralı hərbçiləri xilas edərkən şəhidlik zirvəsinə ucalan qəhrəman

Yaralı hərbçiləri xilas edərkən şəhidlik zirvəsinə ucalan qəhrəman

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astara, 14 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Vətən müharibəsində yalnız əsgərlərimiz və zabitlərimiz deyil, həm də tibb işçilərimiz, həkimlərimiz fədakarlıq və cəsarət nümunəsi göstərdilər. Onlar döyüş meydanında yaralı hərbçiləri xilas etmək üçün ölümü belə gözə alaraq, öz vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Həmin qəhrəmanlardan biri də tibb xidmətinin baş leytenantı Nurlan Əhliman oğlu Fərəməzovdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nurlan Fərəməzov 1992-ci il mayın 1-də Astara rayonunun Təngərüd kəndində anadan olub. Uşaqlıqdan elmə və hərbiyə marağı ilə seçilib. Təngərüd kənd tam orta məktəbini bitirdikdən sonra 2009–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində təhsil alıb. Hərbi həkim peşəsini yalnız bir iş kimi deyil, həm də insanlara xidmət və Vətənə borc kimi qəbul edib.

Təhsilini başa vurduqdan sonra Azərbaycan Ordusunda xidmətə başlayıb. Nurlan Fərəməzov qısa zamanda peşəkarlığı, məsuliyyəti və cəsarəti ilə seçilib. Döyüş hazırlığında və tibbi təminatda göstərdiyi diqqət onu həm yoldaşlarının, həm də rəhbərliyinin etimadını qazandırıb.

2020-ci ilin payızında Vətən müharibəsi başlayanda o, tərəddüd etmədən ön cəbhəyə yollanıb. Düşmən atəşi altında yaralı əsgərləri xilas edir, döyüş meydanında tibbi yardım göstərirdi. Onu tanıyanların sözlərinə görə, Nurlan sakit təbiətli, qətiyyətli və fədakar idi. Təhlükə olsa belə, düşünmədən başqalarının həyatını qorumağa çalışırdı.

Onun atası Əhliman kişi həm qürur, həm də kədər dolu xatirələrlə o günləri yada salır: “Nurlan uşaqlıqdan sakit, ağıllı, tərbiyəli idi. Hər zaman deyirdi ki, “Ata, mən elə bir iş görməliyəm ki, Vətənə faydam olsun”. Hələ məktəbdə oxuyanda həmyaşıdlarından fərqlənirdi. Sonra Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olundu. Mənim üçün bu, həm sevinc, həm də məsuliyyət idi — çünki bilirdim, o, həm həkim, həm də hərbçi olacaq. Təhsilini bitirib orduya getdi. Komandirləri onu çox sevirdilər. Deyirdilər, Nurlan həm peşəkar, həm də mərd oğlandı. Müharibə başlayanda zəng etdi, dedi: “Ata, mən cəbhəyə gedirəm, çünki orada məni gözləyən əsgərlər var. Mən onların həyatını xilas etməliyəm”. Mən bir ata kimi həm qürurlandım, həm də narahat oldum”.

Əhliman kişi deyir ki, o, sonuncu dəfə oğlu ilə müharibənin ilk günlərində danışıb: “Hər dəfə danışanda sakit səslə deyirdi: “Ata, narahat olma, mən yaxşıyam, işimi görürəm”. Mən bilirdim, o, təkcə iş görmür, həyat da xilas edir... Amma bir gün zəng gəlmədi. Sonra xəbər gəldi ki, Nurlan yaralı döyüşçünü çıxararkən şəhid olub. O, həkim idi, amma döyüşçü kimi getdi, əsl igid kimi də şəhid oldu...”.

Nurlan Fərəməzov ağır döyüşlər zamanı yaralı hərbçiləri döyüş meydanından çıxararkən oktyabrın 9-da qəhrəmancasına şəhid olub. Şəhidimiz oktyabrın 10-da doğulduğu kənddə torpağa tapşırılıb.

O, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" , "Füzulinin azad olunmasına görə" , “Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see134

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri