Icma.az
close
up
RU
Altı ay komada qalandan sonra şəhidlik zirvəsinə ucalan xaçmazlı qəhrəman

Altı ay komada qalandan sonra şəhidlik zirvəsinə ucalan xaçmazlı qəhrəman

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz, 31 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Səbuhi Hüseynli Vətən müharibəsi başlayanda düşmən üzərinə atılan ilk həmlə qruplarında yer alıb. Qorxmaz döyüşçü Cəbrayıl, Füzuli və Xocavəndin yaşayış məntəqələrinin azad olunmasında fəal iştirak edib. Ağır yaralanan qəhrəman əsgər altı ay komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra 4 medalla təltif edilib.

Səbuhi Babək oğlu Hüseynli 1997-ci il mayın 2-də Xaçmaz rayonunun Maqsudkənd kəndində dünyaya göz açıb. Ailədə bir qardaş, bir bacı olublar.

Səbuhi altıncı sinfədək Ömər Ayatov adına Maqsudkənd kənd ümumi orta məktəbində, sonra isə Xudat şəhər 4 nömrəli texniki-fənlər təmayüllü məktəbdə təhsil alıb. 2014-cü ildə məktəbi bitirdikdən sonra əsgərliyə yollanan Səbuhi Ağdam və Tərtər rayonlarında hərbi xidmət keçib. 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak edib. Talış kəndi istiqamətində döyüşlərdə göstərdiyi şücaətə və nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif edilib.

Şəhidin anası Samirə Əhmədxanova bildirib ki, hərb sənətinə bağlı olan Səbuhi 2020-ci ilin may ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyət göstərib. O, Qusar rayonunda yerləşən hərbi hissədə xidmət edib.

“Müharibəyə getməzdən əvvəl təlimlərdə cəlb olundular. Vətən müharibəsi başlayanda cəbhəyə getdiyini mənə söyləmədi. Amma həmin gün taksi ilə Bakıya gedəndə təsadüfən paytaxt istiqamətində hərəkət edən hərbi kalonlarla qarşılaşdıq. Sən demə Səbuhi də həmin avtomobillərdən birində imiş. Zəng etdim. Əvvəlcə etiraf etməsə də sonradan döyüş bölgəsinə getdiyini bildirdi. Səbuhidə düşmənə böyük nifrət vardı. Xüsusilə döyüş yoldaşlarının gözü qarşısında şəhid olması Səbuhiyə çox pis təsir etmişdi. Oğlum Füzulidən Xocavəndədək döyüş yolu keçdi. Qırmızı Bazar adlanan ərazidə döyüşlərin birində ağır yaralandı. Yaralanmazdan əvvəl bacısına şəkillərini göndərib. Ona deyib ki, şəhid olsam bu şəkilləri paylaşarsız. Yaralanandan sonra Yevlaxa xəstəxanaya getdim. Həmin vaxt ermənilər Bərdəni bombalamışdılar. Xəstəxanaya yarlılar gəlirdi. Sonra Səbuhini Bakıya gətirən təcili tibbi yardım avtomobili ilə Bakıya tibb müəssisəsinə gəldik. Əlimdən bərk-bərk tutmuşdu. Başında kiçik bir qəlpə yarası vardı”,- deyə şəhidin anası Samirə Əhmədxanova göz yaşlarına hakim ola bilmir...

Səbuhi Hüseynli oktyabrın 26-da Xocavənd-Şuşa istiqamətində döyüşdə baş-beyin nahiyəsindən ağır qəlpə yarası alıb. Qəhrəman döyüşçü cərrahi əməliyyatdan sonra komaya düşüb. Altı ay komada qalan Səbuhi Hüseynli 2021-ci il aprelin 15-də müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Xaçmaz rayonunun Maqsudkənd kəndində dəfn olunub.

“Səbuhi uşaqlıqdan çox mehriban, istiqanlı idi. Hərbi xidmətdən gələndə Aprel döyüşləri haqqında danışırdı. Kəşfiyyatçı idi. Hərbi xidməti başa vurduqdan sonra da çalışırdı ki, orduya qayıtsın. İstəyinə də çatdı. Döyüşlərdə olanda kənddən dostları ona zəng etmişdi. Demişdilər biz də döyüşlərə qoşulmaq istəyirik. Səbuhi də zarafatla cavab vermişdi ki, “İndi biz döyüşürük”. Mən nəvəmlə fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”,- deyə şəhidin babası Məmməd Əhmədxanov bildirib.

23 yaşında şəhidlik zirvəsinə ucalan Səbuhi Hüseynli ailəli idi. Babək adlı oğul övladı yadigar qalıb.

“Səbuhi mənim övladlarımla yaşıddır. Bir yerdə böyüyüblər. Ağıllı, tərbiyəli, vətənpərvər uşaq idi. Hər insana şəhidlik qismət olmur. Şəhidlik çox uca zirvədir. Səbuhinin şəkli olan lövhə var kəndin girəcəyində. Yanından keçəndə böyük fəxr hissi keçiririk. Hamı dünyadan köçür. Amma Səbuhi kimi oğullar həmişə qəhrəman kimi xatırlanacaq”,-deyə şəhidin qohumu Səkinə Musayeva söyləyib.

Döyüşlərdə göstərdiyi şücaətə görə Səbuhi Hüseynli ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri