Ona borcu olan şəxsi telefonda təhqir edən qazi cərimələndi
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Bakıxanov qəsəbəsi ərazisində ictimai yerdə uca səslə təhqiramiz ifadələr işlədən şəxs inzibati qaydada cərimələnib.
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü E.Məmmədov (şərti) telefonla danışarkən qeyri-etik ifadələr işlədərək xırda xuliqanlığa yol verib.
Sabunçu rayonu ərazisində xidmət aparan polis əməkdaşları tərəfindən həmin şəxs barədə protokol tərtib edilib.
Barəsində protokol tərtib edilmiş şəxs məhkəmədə ifadəsində bildirib ki, hadisə zamanı ona borclu olan tanışı ilə telefon danışığı aparıb, həmin vaxt emosional vəziyyətdə olduğundan telefon vasitəsilə nalayiq ifadələr işlədib.
Məhkəmənin qərarına əsasən, E.Məmmədov 200 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, E.Məmmədov Vətən müharibəsi iştirakçısı olub.
Baxış sayı:98
Bu xəbər 06 Yanvar 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















