Icma.az
close
up
RU
Ondan nümunə götürün

Ondan nümunə götürün

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu sözləri onun haqqında çoxları  söyləyib. Komandirləri, yüksək rütbəli zabitlər, generallar, müdafiə naziri... Bir dəfə mən şahidi oldum. 1990-cı illərin əvvəlində. Kəlbəcərə növbəti səfərim idi. Rayonun komendantı, polkovnik (daha sonra general) Zaur Rzayevin və onun başçılığı altında döyüşən ordunun sayəsində Kəlbəcər düşmənin hücumlarına layiqli cavab verir, mərd-mərdanə dayanırdı. Universitetdə hərbi hazırlıq müəllimim olmuş Zaur Rzayevlə Kəlbəcərin Qılıclı kəndindəki qərargahda artıq müəllim-tələbə kimi deyil, yüksək çinli zabit və jurnalist kimi görüşürdük. Qürur hissi də yaşayırdım. Həmin o 1991-ci ilin yayında yazımın qəhrəmanı Bəhram Ağakişiyevi yaxından tanımaq fürsəti yaranmışdı. Briqada komandiri Zaur Rzayevin ilk kəlməsi bu oldu: "Məndən yazmaq lazım deyil, baxın, bu oğlandan və onun dəstəsindəki igidlərdən yazın". Qeyri-ixtiyari polkovnikin barmağını tuşladığı səmtə baxdım. Üst-başı tozun-torpağın içində, əynindəki geyimi cırıq-cırıq olmuş, üz-gözündən günlərin yorğunluğu, yuxusuzluğu sezilən, çox asta addımlarla bizə tərəf yeriyən gənc bir zabit vardı qarşımda. Bu, baş leytenant Bəhram Lətif oğlu Ağakişiyev idi. Onu sorğuladım, sual yağışına tutdum. Valideynlərindən, bacı-qardaşlarından, ailə üzvlərindən tutmuş hərbçi peşəsinə bəslədiyi sonsuz sevgiyədək. Dörd qardaşın üçü hərbçi idi. Bakıya dönən kimi çalışdığım "Azərbaycan" qəzetində Kəlbəcər səfərim və ayrıca Bəhram haqqında geniş yazı dərc etdirdim. Qusarda çıxan "Samur" qəzeti də Bəhramdan yazdığım məqaləni vermişdi. Rayon icra hakimiyyəti rəhbərliyinə onun ailəsinin qarşılaşdığı problemlərin həlli ilə bağlı xahişim oldu. Sağ olsunlar, o gündən bəri Bəhramın ailəsini himayəyə götürdülər. Sonra cəbhə yazılarımdan ibarət "Vətən, səndən keçmək olmaz" adlı kitabımda ayrıca Bəhram haqqında böyük bir yazı verdim. Respublikada çıxan bir çox qəzetlər bu yazımı dərc elədi. Bütün bunlardan Bəhram xəbərsiz idi. Düşmənlə üz-üzə, səngərdə öz işinin başındaydı. Amma mən digər qəhrəmanlarım kimi, həmişə, hər yerdə Bəhramdan fəxr və qürurla bəhs edirdim. Elə indinin özündə də. Amma məqsədim Bəhramın peşəkar hərbçi kimi savaş meydanında göstərdiyi şücaətləri, igidlikləri, sonsuz Vətən sevgisini, kişi qeyrətini göstərməklə yanaşı, onun ədalətli, sədaqətli olduğunu, yüksək insani keyfiyyətlərini, nümunəvi xarakterini açmaqdı. Bir gün sosial şəbəkədə paylaşdığım bir statusa yazılan yorum məni düşündürdü. FB səhifəsi üzərindən aldığım mesajın mətni təxminən belə idi: "Siz 90-cı illərin əvvəllərində Kəlbəcər cəbhəsində məndən müsahibə götürmüsünüz. Həm də mənə kiçik bir Quran bağışladınız. Mən döş cibimdə gəzdirdiyim həmin Quranla ən ağır döyüş əməliyyatlarından sağ-salamat çıxdım və bu günədək maşınımdadır, məni qada-bəlalardan qoruyur". Bəlkə də həyatımda ən gözləmədiyim, həm də məni heyrətləndirən bir etiraf. İnanın ki, mən ona Quran bağışladığımı unutmuşdum. Kəşfiyyatçıların həyatlarını risk altında qoyaraq komandanlığın tapşırıqlarını yerinə yetirdiklərini bilirdim. Hər an ölümlə üz-üzə gələcəklərindən də xəbərim vardı. Görünür, bu Quranı o qorxular altında Bəhrama vermişəm. Halbuki anam vermişdi bu müqəddəs kitabı mənə, bilirdi tez-tez cəbhəyə getdiyimi. Məni qorusun deyə dualar etmişdi. Mən isə o an Bəhram və onun döyüş yoldaşlarının daha çox təhlükədə olduqlarının fərqindəydim...

Və biz 30 ildən sonra yenidən görüşdük və səngərdə təməli atılan dostluğumuz bu günədək davam etməkdədir. Vətən bizim and yerimiz, aman yerimizdir deyir Bəhram. Vətən biz oğulların çiyinləri üzərində qərar tutur. Bunun üçün də hər birimizin Vətən yolunda qəhrəmanlıq göstərmək borcumuz, şərəf işimizdir. Mən Vətənimin bir parçasıyam, nə qədər möhkəm, sərt olsam, Vətənim də o qədər tam və bütöv olacaqdır. Ana Vətən mənim kimi oğulları ilə daha möhtəşəm və vüqarlıdı. Bəhramın Vətənin vəsfinə söylədiyi fikirlər də özü kimi dəyərli və qiymətlidir. Çünki bu sözləri söylədən onun məşəl kimi yanan ürəyidir.     

İndi də qəhrəmanımızın tərcümeyi-halından qısa bir tanıtım: Ağakişiyev Bəhram Lətif oğlu 1 avqust 1966-cı ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olub. Gündüzqala kənd orta məktəbində səkkizillik təhsilini bitirdikdən sonra 1982-ci ildə Bakı şəhərində Texniki peşə məktəbində oxuyub. 1985-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1990-cı ildə Rostov şəhərində Xüsusi təyinatlı komandirlər hazırlayan hərbi məktəbi bitirib. Elə həmin il məzuniyyət götürərək doğma Vətənə gəlib və rus ordusunda xidmət etməkdən imtina edib. 1991-ci ildən müstəqil Azərbaycanın Silahlı Qüvvələrinə könüllü olaraq yazılıb. 1991-1994-cü illərdə Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdərə, Laçın, Kəlbəcər və Ağdam istiqamətlərində vuruşub. 1991-ci ilin noyabr ayından Kəşfiyyat Tağım komandiri, 1993-cü ildə isə 701 saylı hərbi hissənin Kəşfiyyat rəisinin müavini, 1993-cü ildən 1994-cü ilə kimi 800 saylı hərbi hissə komandirinin Şəxsi Heyətlə İş üzrə müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Mərkəzlərinin rəis müavini, 177 saylı hərbi hissə komandirinin Şəxsi Heyətlə İş üzrə müavini vəzifələrində xidmət edib. 1997-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmətini davam etdirib. 1997-1998-ci illərdə Sərhəd Qoşunlarında xidmət rəisi, 1998-2000-ci illərdə Sərhəd Qoşunlarının arxa təminat üzrə  rəis müavini, 2000-2005-ci illərdə Lənkəran Sərhəd Dəstəsində rəis müavini vəzifələrində xidmətini şərəflə davam etdirib. Bir sıra ağır döyüşlərin iştirakçısı olub. Bir neçə yaşayış məntəqəsinin, xüsusi ilə də Aydoğan və Hoçaz yüksəkliklərinin düşməndən azad olunmasında xüsusi igidlik və rəşadət göstərib. Məhz buna görə 10 sentyabr 1992-ci ildə "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" adına rəsmən təqdim olunub. Ulu öndər Heydər Əliyev haqqında xoş sözlər söyləyib və onu Milli Qəhrəman adlandırıb. 2024-cü ilin fevral ayının 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" medalı ilə təltif olunub. Bundan başqa da, bir çox təşkilatlar və birliklər tərəfindən medal, diplom, təşəkkürnamə və digər mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının müharibə veteranıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda keçdiyi rəşadətli döyüş yolu haqqında dövlət sifarişi ilə "Cənnət yolçusu" filmi çəkilib. Ailəlidir. Oğlu Ramil Polis Akademiyasını bitirib, mayor rütbəsində xidmət edir. Qızı Pərvanə dövlət qulluğunda çalışır.

Mən 35 il bundan qabaq ilk dəfə gördüyüm, Kəlbəcərin müdafiəsində qeyrətlə dayanan, igid kəşfiyyatçı, 25 yaşlı gənc bir oğlanı indi 60 yaşı münasibəti ilə təbrik edirəm. Yenə gözlərim önündə orta boylu, qaynar baxışlı, çəlimsiz, qəlbi Vətən sevgisi ilə döyünən o gənc canlanır. Çünki aradan keçən 35 il qəhrəmanımı zərrə qədər olsun dəyişməyib. Həmin hərbçi peşəsinə vurğun, Vətəni üçün dincliyini, istirahətini düşünməyən, ailəsini belə ikinci planda görən, "Biz məğlub olmamışıq, müvəqqəti olaraq torpaqlarımıza nəzarəti itirmişik. Amma torpaqlarımızı geri alacağıq, düşməni diz çökdürəcəyik". Bəhram bütün çıxışlarında bu fikri söyləyib, heç vaxt ruh düşkünlüyü ilə danışmayıb. Vətənin hərb zabiti hər zaman uzaqgörən olmalı, hadisələrə soyuqqanlı baxmağı bacarmalıdır. Polkovnik Bəhram Ağakişiyev də məhz bu cür düşünüb, bu cür hərəkət edib. Komandirlərinin dediyi kimi, hər zaman hamıya nümunə olub, örnək göstərilib. Əsl hərbçi zabitəsi, hərbçi duruşu ilə indi də əqidəsinə, amalına sadiqdir.

Ömrünün kamillik çağında 60 illik yubileyi münasibətilə təbrik edərək sağlıqlı və uzun ömür diləyirəm xalqımın qəhrəman oğluna. Fəxrimiz, qürurumuzsunuz, cənab polkovnik.        

Əntiqə QONAQ

Əməkdar jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://525.az
archiveBu xəbər 31 İyul 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see378

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see377

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see376

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see321

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see297

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see288

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see252

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see227

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see222

Mərkəzi Bank sədrinin 10 mühüm mesajı

30 İyul 2026 09:34see208

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see203

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see200

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see196

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see194

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see190

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see185

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see185

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see182

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see176

Ukraynada F 16 qəzaya uğrayıb

30 İyul 2026 05:45see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri