Vətən sevgisinə tapınan şəhid ömrü FOTO
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yardımlı rayonunda indi böyük də, kiçik də şəhid Cəfər Cəfərlinin adını böyük iftixarla çəkir. Bu Vətən sevdalısı İkinci Qarabağ müharibəsində qəhrəmanlıq salnaməsini yazaraq xalqımıza şanlı qələbə yaşadan millərlə Azərbaycan oğullardan biridir. Dağlar diyarının Avun kəndində dünyaya göz açmış Cəfər Cəfərli Xüsusi Təyinatlı Qüvvələrin tərkibində 2020-ci il sentyabrın 27-də müharibə başlanan günü silaha sarılıb, Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə igidlik, fədakarlıq göstərir. Noyabr ayının 3-də Xocavənd rayonunun ərazisində haqq savaşımızda müqəddəsliyinə tapındığı Vətən yolunda canından keçməklə 21 yaşında şəhidlik zirvəsinə ucalır. Şərəfli ölümü el-obaya başucalığı gətirən igid dövlət tərəfindən xüsusi şücaətinə görə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", Cəbrayılın, Füzulinin, Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığı uğrunda, "Cəsur döyüşçü", "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarına layiq görülür.
Bəli, qəhrəman Vətən oğlu Cəfər Cəfərli cismən aramızda olmasa da, mənən milyonların ürəyində yaşayar, həmişə məhəbbətlə xatırlanar. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun və onun sıralarında Cəfər Cəfərli kimi mərd, mübariz, qəhrəmanların fədakarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Nəticədə xalqımızın 30 illik torpaq həsrətinə son qoyulmaqla Azərbaycanımızın yeni, şanlı tarixi yazıldı. Bu tarixi yazan qəhrəman Cəfərlərimiz heç vaxt unudulmaz, keçdikləri həyat yolları gələn nəsillərə də örnək olacaqdır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 31 Oktyabr 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















