Icma.az
close
up
RU
Onlar ı təbrik etdilər…

Onlar ı təbrik etdilər…

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Demokrat.az xəbər portalı 7 yaşını qeyd edir. Bu münasibətlə aparıcı media nümayəndələri, deputatlar Demokrat.az-ı təbrik edib, xoş təəssüratlarını bölüşüblər.
Millət vəkili Zahid Oruc deyib ki, Demokrat.az informasiya məkanında özünəməxsus yer tutur:
"Dövlətçilik, milli maraqların müdafiəsi, operativlik bu platformanı xarakterizə edən xüsusi keyfiyyətlərdir. Saytın 7 yaşının mühüm bir hissəsi Vətən müharibəsi, Xankəndi zirvəsinə yüksələn mübarizələr dövrünə düşüb. Bu mərhələdə Demokrat.az rəhbərliyi hər zaman dövlətimizin yanında olub. Artıq milli həyatımızın ayrılmaz hissəsi Böyük Qayıdışdır. Cənab Prezident milli strateji ideyaları qarşıya məqsəd qoyub. Mətbuat bu mənada xüsusi missiyadadır. Sizə uğurlar arzu edirəm. Düşünürəm ki, hər zaman mətbuat adını yüksək tutataq mühüm nailiyyətlər qazanacaqsınız".
Mətbuat Şurasının sədri Rəşad Məcid:
"Təbrik edirəm. İndiki çətin rəqabət mühitində tanınmaq, etibar qazanmaq və 7 ilə gəlib çatmaq böyük uğurdur. Əməyi olan bütün jurnalistləri təbrik edirəm". 
Millət vəkili Vüqar Rəhimzadə:
"Demokrat.az 7 il ərzində ölkədəki ictimai, siyasi fikrə təsir etmək imkanına sahib olub. Mətbuat bolluğu içində bu cür saytın ərsəyə gəlməsi əməkdaşların fəaliyyətinin nəticəsidir. Deyərdim, bəlkə də 7 il yox, 17 ildir ki, fəaliyyət göstərir. Çünki qısa müddətdə öz dəsti-xətti ilə seçilən saytlardan birinə çevrilib. Bütün kollektivi qəlbdən təbrik edirəm. Bu gün sayt inkişaf etdirmək, oxucunun rəğbətini qazanmaq yaxşı mənada cəsarət və fədakarlıq tələb edir". 
Milli Məclisin deputatı Elçin Mirzəbəyli:
"Demokrat.az-ın rəhbəri, dəyərli dostum Vasif bəyi və yaradıcı heyəti təbrik edirəm. Sayt qısa müddət ərzində Azərbaycan informasiya məkanında öz yerini tutmağı bacaran, öz baxış bucağı olan populyar resursdur. Sayt mütəmadi olaraq hadisələrə çevik reaksiya verir. Demokrat.az alternativlərin çox olduğu bir dövrdə özünü təsdiqləməyi bacarıb".
Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli: "İndiki mühitdə normal sayt işlətmək, ölkə gündəmini obyektiv şəkildə işıqlandırmaq çətindir. Sevinirik ki, bu gün media mühitimizdə Demokrat.az kimi jurnalistika prinsiplərinlərini qoruyan sayt var. Saytın azsaylı, amma zəhmətkeş kollektivi var. 10 il və daha böyük yubileylərini qeyd etməyi arzu edirəm".
"Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri Rəfail Becanov: " Vasif bəy başda olmaq şərtilə kollektiv böyük yol keçib,əmək sərf edib, bu cür oxunaqlı xəbər portalı ərsəyə gətirib. Demokrat.az-ın saytlar arasında öz yeri var. Milli Mətbuatın 150 illiyi ərəfəsində belə saytın ərsəyə gəlməsi, Azərbaycan oxucusuna verdiyi töhfə danılmazdır. Demokrat.az əhatəli media quruluşudur. Hesab edirəm ki, Demokrat.az uğurlarını daha da artıracaq və oxunaqlığını qoruyub saxlayacaq".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see341

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see309

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see308

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see298

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see295

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see294

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see288

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see279

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see272

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see271

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see258

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see255

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see250

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see244

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see243

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see239

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see230

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri