Icma.az
close
up
RU
Onlar indi hardadır?

Onlar indi hardadır?

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son aylarda bəzi məmurların yüksək vəzifələrdən azad edilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Xüsusilə də Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi olmuş Fuad Nəcəfli, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq icraçı direktoru Vüqar Qurbanovun vəzifələrindən azad olunması ictimai diqqəti onlara yönəldib. Bu qərarların arxasında hansı səbəblərin dayandığı barədə müxtəlif versiyalar səsləndirilir.
Hər üç eks-məmur uzun müddət dövlət idarəçiliyində mühüm postlar tutub və onların rəhbərlik etdiyi qurumlar ölkənin strateji sahələrini əhatə edib. 

Modern.az-a verilən məlumata görə, onların vəzifədən azad edilmələri təkcə siyasi qərar kimi deyil, həm də idarəetmədə yol verilən qüsurların aradan qaldırılması və mümkün dəyişikliklərin siqnalı kimi qiymətləndirilməlidir.
Fuad Nəcəfli 2022-ci ilin dekabrından 2025-ci ilin noyabrınadək, Saleh Məmmədov 2017-ci ilin dekabrından 2026-cı ilin fevralınadək, Vüqar Qurbanov isə 2022-ci ilin sentyabrından 2026-cı ilin fevralına kimi məlum vəzifələrdə çalışıb.
Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərmiş Fuad Nəcəflinin fəaliyyəti bəzi dairələrdə müsbət qiymətləndirilsə də, digər tərəfdən onun dövründə qəbul edilən qərarların bir hissəsi ilə bağlı sualların olduğu qeyd olunur. Naxçıvan uzun illər ölkənin xüsusi idarəetmə modeli ilə seçildiyindən burada aparılan islahatlar və kadr dəyişiklikləri həmişə diqqət mərkəzində olub.
Bəzi iddialara görə, Fuad Nəcəfli vəzifədən azad edildikdən sonra bir neçə cinayət işi üzrə istintaqa ifadə verib. Qeyd olunur ki, Naxçıvanda aparılan audit yoxlamaları zamanı dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı ciddi pozuntular aşkarlanıb və bu materialların hüquq-mühafizə orqanlarına təqdim edildiyi bildirilir. Fuad Nəcəflinin dövründə aşkarlanan maliyyə pozuntuları üzrə araşdırmaların davam etdirildiyi qeyd olunur.
Bildirilir ki, o, tutduğu posta tamamilə uyğunsuz kadr olub, yerli nazirlərə, komitə sədrlərinə, deputatlara qarşı məmur etikasından kənar münasibət sərgiləyib, onlara qarşı tez-tez alçaldıcı, təhqiramiz hərəkətlərə yol verib. Bununla yanaşı, eks-səlahiyyətli nümayəndənin adı mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə də hallanır.

Uzun illər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) rəhbərlik etmiş Saleh Məmmədovun fəaliyyəti də ictimai müzakirə mövzusu olaraq qalmaqdadır. Ölkədə son illərdə çoxsaylı avtomobil yollarının tikilməsi və yenidən qurulması həyata keçirilsə də, bəzi layihələrin dəyəri, tender prosedurları və tikinti keyfiyyəti ilə bağlı suallar səsləndirilirir.
Ekspertlər hesab edir ki, yol infrastrukturu sahəsi böyük maliyyə vəsaitlərinin dövr etdiyi sahələrdən biridir. Bu sahədə korrupsiya və mənimsəmələrə yol verilməsi halları istisna edilmir.
Keçmiş sədr Saleh Məmmədovun dövründə təmirə və yenidənqurmaya ehtiyacı olan yolların diqqətdən kənarda qalması, yol təsərrüfatının inkişafı üçün ayrılan büdcə vəsaitlərinin xərclənməsindəki sual doğuran məqamlar, tender qalmaqalları tez-tez gündəmə gətirilirdi. Saleh Məmmədovun əməlisaleh məmur olmadığı və yol verdiyi qanunazidd hərkətlərlə əlaqədar keçmiş fəaliyyətinin araşdırıldığı bildirilir.
Səhiyyə sistemində əsas idarəedici qurumlardan biri olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də son illərdə geniş dəyişikliklər dövründən keçib. Bu quruma rəhbərlik etmiş Vüqar Qurbanovun fəaliyyəti dövründə tibbi xidmətlərin təşkilində müəyyən yeniliklər tətbiq olunsa da, bəzi tənqidlər də səsləndirilirdi.
Sosial şəbəkələrdə və mediada səhiyyə müəssisələrinin maliyyə idarəçiliyi, kadr siyasəti və xidmət keyfiyyəti ilə bağlı müxtəlif iddialar gündəmə gətirilib. Rəsmi qurumlar isə bu iddiaların böyük hissəsini şərh etmədən saxlayıb.

Mediada yayılan bəzi məlumatlarda qeyd olunur ki, hazırda adı çəkilən şəxslərin fəaliyyətinin hüquqi qiymətləndirilməsi aparılır. Bununla belə, hazırda rəsmi səviyyədə onların barəsində cinayət işinin başlanması barədə açıq məlumat yoxdur. Hüquqşünaslar bildirirlər ki, belə hallarda hüquqi proses yalnız müvafiq araşdırmalar başa çatdıqdan sonra mümkün olur.
Səslənən iddialarla yanaşı, sözügedən kadr dəyişikliklərini dövlət idarəçiliyində daha geniş yenilənmə prosesinin bir hissəsi kimi dəyərləndirənlər də var. Onların fikrincə, son illərdə müxtəlif dövlət qurumlarında aparılan struktur dəyişiklikləri idarəetmənin səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədi daşıyır.

Digər tərəfdən, ictimaiyyət üçün əsas sual açıq qalır: bu vəzifə dəyişiklikləri sadəcə kadr rotasiyasıdır, yoxsa gələcək hüquqi proseslərin başlanğıcı?

Hazırda cəmiyyət bu sualın cavabını gözləyir. Əgər səsləndirilən iddialarla bağlı rəsmi araşdırmalar başlanıbsa, bu, dövlət idarəçiliyində hesabatlılıq və məsuliyyət məsələlərinin daha ciddi şəkildə gündəmə gəlməsinə səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Mart 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1541

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see238

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see228

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see224

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see216

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see215

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see207

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see207

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see203

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see189

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see185

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see179

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see178

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see175

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see170

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see167

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see167

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

27 İyun 2026 16:17see164

DÇ 2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley offa çıxdı

27 İyun 2026 06:18see162

İkinci qəbul imtahanı asan olmayacaq AÇIQLAMA

27 İyun 2026 17:23see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri